Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün əslən Qərbi Azərbaycanlı olan, özləri isə Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan İsayevlər ailəsinin ən əlamətdar, ən şad, ən gözəl günlərindən biridir…
Elşən və Ülviyyə İsayevlərin, İsayevlər ailəsinin iki oğlan övladından biri olan və öz fitri istedadı-rəssamlıq qabiliyyəti ilə seçilən Ayxan İsayev qardaş Türkiyədə ali məktəbə qəbul olunub və bu gün axşam saatlarında bununla bağlı məclis düzənlənib…
Türkiyənin ən qabaqcıl universitetlərindən biri olan Eskişehir Osmangazi Universitetinə qəbul olunan 17 yaşlı Ayxanın özəl-gözəl gününə, ocaqlarında təşkil olunan məclisə ailə üzvləri ilə yanaşı digər doğmaları, yaxınları, məktəb yoldaşları, xüsusilə, baş tacımız olan Şəhid ailələri təşrif buyurublar…
Bərdədən, İmişlidən, Abşerondan olan Şəhid anaları, Şəhid ataları, Şəhid xanımı və Şəhid övladları da hər zaman Şəhid ailələrinin yanında olan İsayevlər ailəsinin, Şəhid ailələrinin sevimlisi Ayxanın gözəl gününü təbrik etməyə gəliblər…
Şəhid ailələrinin Ayxanın məclisinə gəlməsi isə İsayevlər ailəsinin sevincini daha da, birə-beş qat artırıb…
3 saata yaxın davam edən məclisdə həm Şəhid ailələri, həm məktəb yoldaşları, həm dostları Ayxanın timsalında İsayevlər ailəsini təbrik edib, onlara gözaydınlığı verib, tələbəlik həyatında Ayxana uğurlar, müvəffəqiyytlər diləyiblər…
İsayevlər ailəsi də hər kəsə, o cümlədən Şəhid ailələrinə öz dərin minnətdarlıqlarını və təşəkkürlərini ifadə ediblər…
Məclisdə eyni zamanda, Şəhid ailələrinin iştirakı ilə Ayxanın adına hazırlanmış tort kəsilib…
Qeyd edək ki, Ayxan İsayev 2006-cı ilin oktyabr ayının 22-də anadan olub…
2012-2023-cü illərdə isə Bakı şəhərində yerləşən 248 saylı tam orta məktəbdə oxuyub…
Uğurların bol, canın sağlam olsun, Ayxan balamız, Ayxan İsayev!
Bir daha uğurlar, bir daha təbriklər!
Səsin-sədan daha yüksək tribunalardan gəlsin!
Amin!
***
FOTOLAR:












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





