14 il hərbçisi, Aprel döyüşlərinin iştirakçısı, Antiterror Şəhidi Həmid Həmidlinin əmisi, dörd övlad atası-6 DEKABR 2024-CÜ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, 47 YAŞI TAMAM OLAN BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİZAMİN İSGƏNDƏROVUN HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Əlizamin Həmid oğlu İsgəndərov…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan Oğlu…

Azərbaycan Ordusunun-14 ilin peşəkar hərbçisi, İkinci Vətən Müharibəsi Şəhidi…

Antiterror Şəhidi, ailənin iki övladından biri, evin tək və ali-hərbi təhsilli oğlu, Kapitan, iki övlad atası, “Azərbaycan Bayrağı” ordenli Həmid Əlisahib oğlu Həmidlinin əmisi…

Əmi və qardaş oğlu…

Hər ikisi də Şəhid…

***

Qeyd edim ki, dünən-6 dekabr 2024-cü il tarixində Əlizamin İsgəndərovun Cənnətdəki beşinci doğum günü idi...

47 yaşı tamam olurdu…

Yaşasaydı, 47 yaşı tamam olacaqdı…

Ailəsi, övladları ilə birlikdə qeyd edəcəkdi…

Amma…

Onu da qeyd edim ki, Əlizamin İsgəndərov 1977-ci ilin dekabr ayının 7-də Beyləqan rayonunun Milabad qəsəbəsində dünyaya gəlib…

1984-1994-cü illərdə Milabad qəsəbə tam orta məktəbində təhsil alıb…

Orta məktəb illərindən güləş idman növü ilə məşğul olub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan az sonra-1996-cı ildə Əsgərliyə çağırılıb…

1996-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub…

Əsgərlikdən qayıtdıqdan 7 il sonra-2006-cı ildən isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmətini davam etdirib…

2016-cı il Aprel döyüşlərinin iştirakçılarından olub…

2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri kimi xidmət edən Əlizamin İsgəndərov 44 günlük İkinci Vətən Müharibəsinə də qatılıb…

Uzun və şərəfli döyüş yolu keçib…

Müharibə zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, qəhrəmanlıqlara imza atıb…

Noyabrın 5-də isə Daşaltı istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi Milabad qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib…

Ailəsi isə eyni zamanda, Əlizamin İsgəndərovun ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Çünki Haqqıdır!

Əlizamin İsgəndərov həm də ailəli olub…

İlahə xanımla ailə həyatı quran Şəhidimiz dörd övlad-iki oğlan və iki qız atası idi…

Övladlarından üçü hazırda ailə məktəb tələbəsidir…

Sonbeşik övladı Əlisəid isə orta məktəb şagirdidir…

Məkanı cənnətlik, Cənnətdəki beçinci doğum günü, 47 yaşı mübarək olsun!

Nur içində yatsın!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır”-TƏLİMİ – FOTOLAR

Read Next

Cənnətdəki beşinci doğum günü, bu gün 34 yaşı tamam olan-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ KAMRAN KAZIMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir