Ailənin iki hərbçi övladından biri, Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi iştirakçısı və 2022-ci ilin Qanlı sentyabr Şəhidi-TƏHLƏLİ NAMİQ AĞAMMƏD OĞLUN MƏMMƏDLİNİN MƏZARINI ZİYARƏT VƏ ANIM MƏRASİMİNDƏN-FOTOLAR – YENİLƏNİB

Əbədiyyətə uğurlanmasının birinci ildönümü, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayonunun Təhlə kəndindən olan İkinci Vətən Müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı, ailənin iki oğlan övladından biri, subay, orden və bir neçə medallı Namiq Ağəmməd oğlu Məmmədlinin Bəcirəvan kəndində məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Şəhid ailələri, Qazilər, yerli ziyalılar və din xadimləri tərəfindən çıxışlar edilib, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Kövrək, duyğulu, təsirli anlar yaşanıb.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını bir saat çəkən ziyarətdən sonra ailəsinin yaşadığı Təhlə kəndində Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha qısa çıxışlar olunub, bir daha Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, kənd sakinləri, Bərdəli və Tərtərli Şəhid ailələri, Qazilər, müəllim və şagirdlər, din xadimləri, yerli ziyaılar, Bərdə rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Şəhidin məzarını ziyarət və Anım mərasimindən fotoları təqdim edirik:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xüsusi Təyinatlı, bir neçə medal və ordenli, İkinci Vətən Müharibəsinin iştirakçısı-QIZILHACILILI 2022-Cİ İL QANLI SENTYABR ŞƏHİDİ SƏFİYAR MƏMMƏDOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir