Xüsusi Təyinatlı, bir neçə medal və ordenli, İkinci Vətən Müharibəsinin iştirakçısı-QIZILHACILILI 2022-Cİ İL QANLI SENTYABR ŞƏHİDİ SƏFİYAR MƏMMƏDOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Şəhidliyinin, Əbədiyyətə uğurlanmasının birinci ildönümü, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan İkinci Vətən Müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı, ailənin dörd övladından biri, subay, bir neçə medal və ordenli, 2022-ci ilin Qanlı sentyabr Şəhidi Səfiyar Elşən oğlu Məmmədovun Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib, Səfiyar Məmmədovun keçdiyi qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs olunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını bir saat çəkən ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinə-anası Narıngül xanıma Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Goranboy və Naftalanlı Şəhid ailələri, Qazilər, hərbçilər, müəllim və şagirdlər, din xadimləri, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Şəhidin Anım mərasimindən fotoları təqdim edirik:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2022-ci ilin Qanlı sentyabr Şəhidləri-Xüsusi Təyinatlılar – Namiq Məmmədli, Səfiyar Məmmədov və Ümid İmamquliyev – BU GÜN HƏR ÜÇ ŞƏHİDİN ANIM GÜNÜDÜR, ONLARIN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 1 İL KEÇİR – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Ailənin iki hərbçi övladından biri, Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi iştirakçısı və 2022-ci ilin Qanlı sentyabr Şəhidi-TƏHLƏLİ NAMİQ AĞAMMƏD OĞLUN MƏMMƏDLİNİN MƏZARINI ZİYARƏT VƏ ANIM MƏRASİMİNDƏN-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir