Tək övlad, 9 yaşından bibisinin himayəsində böyümüş, “Azərbaycan Bayrağı” ordenli-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİD PƏRVİZ RÜSTƏMOVUN ŞƏHİDLİYİNDƏN 3 İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 6 may 1992-ci il təvəllüdlü, ailənin tək oğlan öğladı, 7 yaşında atasını itirmiş, 9 yaşından Gəncə şəhərində-bibisinin himayəsində yaşamış, subay, MAXE, “Azərbaycan Bayrağı” ordenli Pərviz Tufan oğlu Rüstəmovun Anım Günü ilə bağlı bu gün günorta saatlarında Samux Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Şəhidin əzizlərinə, onu himayəsində böyütümüş bibisinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Şəhidin məzarını ziyarətdən sonra isə Gəncə şəhərində, bibisi Elena xanımın yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və ehsan süfrəsində Şəhidin yaxınları, bibisinin ailə üzvləri, Şəhid ailələri, din xadimləri, məktəblilər, Samux rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

15:26

***

FOTOLAR:

17:26

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Nağıyevin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNACAQ, ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir