Əslən Kəlbəcərli və Mingəçevirin sonuncu beş Şəhidindən biri-19 YAŞLI CAHANGİR QURBAN OĞLU TAĞIZADƏ… – FOTOLAR

Cahangir Qurban oğlu Tağızadə…

Əslən Kəlbəcərli, özü isə Mingəçevir doğumlu…

27 may 2004-cü il təvəllüdlü…

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi…

Azərbaycan Ordusunun, 1 il 3 ayın Əsgəri…

Və Əsgərliyinin, həqiqi hərbi xidmətinin başa çatmasına cəmi 3 ay qalmış, cəmi 19 yaşında Vətən yolunda Şəhidlik məqamına ucalmış Vətən sevdalısı Azərbaycan övladı…

İgidimiz, Qəhrəmanımız, Nur simalı Şəhidimiz…

19-20 sentyabr lokal xarakterli antiterror əməliyyatının Şəhidi…

***

Cahangir əslən Kəlbəcər rayonunun Təkəqaya kəndindən olsa da, valideynləri məcburi köçkün düşdükləri və Mingəçevirdə yaşadıqları üçün bu şəhərdə dünyaya gəlib…

2010-2021-ci illərdə Mingəçevir şəhərindəki məcburi köçkünlər üçün tikilmiş məktəbdə-“Ağdam məktəbi”ndə təhsil alıb…

Və məktəbi bitirdikdən bir müddət sonra, 2022-ci ilin yayında Əsgərliyə yollanıb…

Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb…

Azərbaycan Ordusunun Əsgəri kimi lokal xarakterli antiterror əməliyyatında iştirak edib…

Və elə sentyabrın 19-da da Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gündən sonra, 22 sentyabr 2023-cü il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir medal və bir ordenlə təltif olunub…

O, Mingəçevirin sonuncu beş Şəhidindən biridir həm də…

***

Bugünlərdə Mingəçevir şəhər Şəhidlər Xiyabanında Şəhidimizin gözlərindən, çöhrəsindən Dərd, Kədər yağan atası Qurban Tağızadə ilə övladının məzarı başında tanış oldum…

Görüşdüm, söhbətləşdim, dərdləşdim…

Ona, Şəhidimizin ailəsinə başsağlığı verdim, Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Bir ömür boyu Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən ailələrə borclu olduğumuzu dilə gətirdim…

Və söz verdim ki, bir gün gəlib onları da Şəhidimizin ocağında, yaşadığı evdə ziyarət edəcəyəm…

Və bir qədər söhbətləşdikdən sonra bir daha Böyük Yaradandan ona, Şəhidimizin ailəsinə səbr və dözüm diləyərək, sağollaşıb ayrıldım…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək…”-İlham Əliyev Əbdüllətif Camal Rəşidlə təkbətək VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞDÜ, SƏNƏDLƏR İMZALANDI – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar…”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir