İlham Əliyev Qətər Əmirini-TƏBRİK ETDİ

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Etikxeber.az

Read Previous

Qüdrət Həsənquliyevin də-PREZİDENTLİYƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLDÜ

Read Next

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə yunan-roma güləşi üzrə rayonlarası-TURNİRİ DÜZƏNLƏNDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir