Doğum günün-65 yaşının mübarək, Şəhidimin atası-Bəxtiyar Vəliyev! – KAMİL HƏMZƏOĞLU YAZDI

Bəxtiyar Hidi oğlu Vəliyev…

Qəhrəman Goranboylu, 32 il mətanətlə düşmənə sipər olan Qəhrəman Tap-Qaraqoyunlulu, İkinci Vətən Müharibəsin Şəhidi-babasının adını daşıyan Hidi Bəxtiyar oğlu Vəliyevin atası…

Qəhrəman oğulun Qəhrəman atası…

Şəhid atası…

Həm də Birinci Qarabağ Savaşı iştirakçısı, müharibə veteranı…

25 yanvar 1959-cu il doğumlu…

Ailənin iki oğlan övladından biri…

Dörd övlad-iki qız, iki oğul atası…

Dörd nəvə babası…

***

Bu gün Bəxtiyar kişinin, Bəxtiyar Vəliyevin doğum günüdür…

Özü də yubiley doğum günü…

Bu gün nə az-nə çox, 65 yaşı tamam olur Şəhid atasının…

Özü ad gününün keçirilməsinə razı olmasa da, ailə üzvləri ailə daxilində və Dərd, Qürur ortaqları Şəhid ailələrinin, Şəhid atalarının iştirakı ilə bağlı balaca bir məclis təşkil ediblər…

Məclis iştirakçıları-Şəhid ailələri, Şəhid ataları Qəhrəman, İgid oğulun Qəhrəman atasının doğum gününü təbrikə gəliblər…

Və təbii ki, kövrək notlarla Şəhid atasını-Bəxtiyar kişini təbrik edirlər…

Həm sevincli, həm də duyğulu anlar yaşanır…

Doğum günün, 65 yaşı mübarək olsun, Şəhidimin atası, Qəhrəman Şəhid atası!

Yüz il və sağlıqlı ömür yaşayın!

Yaşayın ki, Şəhidinin ruhunu, xatirəsini də yaşada biləsiniz, yaşadasanız!

Təbrik edirəm, təbrik edirik!

Şəhidinin-balan Hidinin ruhu daim köməyin, köməyiniz olsun!

Bir daha təbriklər!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək-SƏRƏNCAM

Read Next

Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Atəm Əliyevin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir