Faktiki hava-NECƏDİR?

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur.

Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

Etikxeber.az

Read Previous

“Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək”-İLHAM ƏLİYEV

Read Next

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir