“Stal”-ın futbolçusu karyerasını “Neftçi”-də davam etdirəcək

Milli komandamızın üzvü, Ukraynanın “Stal” klubunun futbolçusu Pavel Paşayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Etikxeber.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Neftçi” futbol klubu ilə razılığa gəlib. P.Paşayev Antalyada təlim-məşq toplanışı keçəcək “ağ-qaralar”a qoşulacaq və paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Pavel Paşayev ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq Ukraynanın “Stal” klubuna keçmişdi.

Etikxeber.az

Read Previous

İtkin düşən neftçilərlə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir – QƏRARGAN

Read Next

Obama xalq niyə müraciət edəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir