15 dərəcə isti olacaq-SABAH

Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

Etikxeber.az

Read Previous

Səhiyyə Nazirliyi plastik cərrahlara-ÇAĞIRIŞ ETDİ

Read Next

Sabah Cənnətdəki beşinci doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-MİNGƏÇEVİRLİ ƏLİ ƏHMƏDOV, GORANBOYLU ARİF SÜLEYMANOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir