“15 iyunda Heydər Əliyev Azərbaycanı özünə-Azərbaycana qaytardı” – DEPUTAT

15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu.

Etikxeber.az xəbər verir ki, millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki,  həmin gün Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev keçmiş hakimiyyət və Azərbaycan xalqının israrlı təkid-tələblərindən sonra Bakıya gəldi, Milli Məclisin (MM) sədri seçildi.

heydarrrrr-111

 

“Heydər Əliyevin gəlişi və cəmi 9 gün sonra ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın ikinci müstəqillik tarixində yeni mərhələ başlandı.

Azərbaycan öncə vətəndaş müharibəsindən, parcalanmaqdan, bölünməkdən, müstəqilliyini itirməkdən xilas edildi, yəni, 15 iyun Azərbaycanın hər mənada qurtuluşu oldu.

İkincisi, keçmiş və ondan əvvəlki hakimiyyətin təcrübəsizliyi, naşılığı, idarəçilik  bacarığının olmaması üzündən böhran həddinə çatmış, belə demək mümküns, tənəzzülə uğramış Azərbaycan iqtisadiyyatı yenidən dirçəldilməyə başladıldı.

Üçüncüsü, ölkədə əsl dövlət və dövlətçilik quruculuğuna start verildi.

Milli Ordunun yaradılması və formalaşdırılması, Azərbaycan ərazilərinin düşmən təcavüzündən qorunması istiqamətində önəmli addımların atılmasına başlanıldı.

Dünya yenidən müstəqil Azərbaycan adlı dövləti tanımağa və qəbul etməyə başladı.

Azərbaycanın səsi ən ali kürsülərdən, beynəlxalq trubunalardan gəldi.

Bu gün dünyanın enerji təhlükəsizliyinə, sülhə, təhlükəsizliyə töhfə verməkdə davam edən Azərbaycanın uğurlu enerji, neft siyasətinin, neft strategiyasının əsası qoyuldu və ilkin tarixi mərhələ1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə yekunlaşdı.

ELDENIZ-3

Hansı ki, bu müqavilənin, bu ilin senyabrın 20-də 25 ili tamam olacaq “Əsrin müqaviləsi”nin imzalanması da elə-belə baş vermədi.

Güclü təzyiq və təkidlər qarşısında mətinliklə, mərdanəliklə duruş gətirən Heydər Əliyevin sayəsində bu tarixi müqavilə həyata vəsiqə qazandı və həmin vaxtdan  başlanan yol “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, TANAP və sair tarixi və möhtəşəm layihələrlə özünü nümayiş etdirdi və bu yol hələ də uğurla gedilməkdə, davam edilməkdədir.

Hesab edirəm ki, əgər o zaman Heydər Əliyev yenidən hakimiyyət başına qayıtmasaydı, Azərbaycanı düşdüyü və gözlədiyi bəlalardan qurtarmasydı, bugünkü Azərbaycan danışmaq çox çətin olacaqdı.

Müstəqilliyimiz quru sözlərdən ibarət olacaqdı, 3-cü dərəcəli dünya dövlətlərindən və ya “banan respublikaları”ndan birinə çevriləcəkdi.

Bəxtimiz, şansımız onda gətirdi ki, o zaman Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı, çətin və ağır missiyanı çiyinləri üzərinə götürərək, Azərbaycanı öz parlaq siması, nuru ilə qaranlıqdan aydınlığıa qovuşdurdu.

Odur ki, qədirbilən Azərbaycan xalqı heç zaman Heydər Əliyevi, onun tarixi xidmətlərini, nurlu əməllərini unutmur və unutmayacaq.

Buna kimsənin, heç birimizin haqqı yoxdur.

Azərbaycan yaşadıqca, Heydər Əliyev də yaşayacaq, var olacaq və 15 iyun hər zaman minnətdarlıqla xatırlanacaq, qeyd olunacaq”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

 

 

 

 

 

 

 

 

 

Read Previous

Nümunəvi sürücü və yol polisləri mükafatlandırılacaq

Read Next

“Həyat yoldaşımın da məzarını qucaqlaya biləcəm” – GÜLÜSTAN ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir