“15 nəfərdən 10-u məndən iş istəyirdi…5 nəfər məndən borc istəyirdi…”-FAZİL MUSTAFADAN MƏMURLARA KƏSKİN ETİRAZ

Bakıxanov qəsəbəsində qəbuluma gələn seçicilərin 15 nəfərindən 10 nəfəri məndən iş istəyirdi. Məşğulluq Xidmətindən deyil, deputatdan iş istəyirdilər. 5 nəfər məndən borc istəyirdi, bankdan deyil, millət vəkilindən borc istəyirdilər. Özü də bu adamlar fırıldaqçı deyildi, bunlar çarəsizlikdən belə edirdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa parlamentin plenar iclasında deyib.

Qeyd edib ki, ölkə Prezidenti 26-27 ildən sonra Azərbaycan xalqının əyilmiş qəddini düzəlti, onun rəhbərliyi altında düşmən üzərində tarixi Qələbə əlde edildi.

Onun sözlərinə görə, indi isə xalqı dövlətdən narazı salan qüvvələrə, qruplara, yerində olmayan məmurlara qarşı mübarizəyə başlamaq lazımdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası: PARLAMENTİN KOMİTƏ İCLASLARI ARDICILLIQLA ŞUŞA ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK – YENİLƏNİB – (2)

Read Next

Elman Rüstəmov gedir-YERİNƏ TALEH KAZIMOV GƏLİR – DEPUTATLAR RAZILIQ VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir