15 oktyabr Şəhidləri-Əbədiyyətə uğurlanmalarından beş il keçən Cəmil Məmmədli ilə Samir Fərzəliyev-ŞƏHİDLİYİNDƏN DÖRD İL ÖTƏN, ANIM GÜNÜ OLAN ƏFQAN HƏMZƏYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım Günüdür.

15 oktyabr 2025-ci il tarixində İkinci Qarabağ Savaşı Şəhidlərindən Cəmil Habil oğlu Məmmədli və Samir Vaqif oğlu Fərzəliyevin torpağa tapşırılmasından beş il keçir.

Bu gün həm də 15 oktyabr 2021-ci il Şəhidi Əfqan Bəhman oğlu Həmzəyevin Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az xəbər verir ki, əslən İsmayıllı rayonundan, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsindən olan Cəmil Məmmədli 1999-cu ilin iyul ayının 28-də, Ağdamın Quzanlı qəsəbəsindən olan Samir Fərzəliyev 1996-cı ilin dekabr ayının 8-də, Goranboy rayonunun Borsunlu kəndindən olan Əfqan Həmzəyev isə 2002-ci ilin avqust ayının 28-də dünyaya gəlib.

Cəmil Məmmədli ali təhsilli, Samir Fərzəliyevlə Əfqan Həmzəyev orta təhsilli olublar.

Cəmil Məmmədli ailənin iki övladından biri və tək oğlu, Samir Fərzəliyevin üç övladdan və iki qardaşdan biri, Əfqan Həmzəyev isə evin iki övladından biri, tək bacının tək qardaşı idi.

Samir Fərzəliyev hərbçi-MAXE, Cəmil Məmmədli ilə Əfqan Həmzəyev Azərbaycan Ordusunun əsgərləri olublar.

Cəmil Məmmədli Füzuli, Samir Fərzəliyev Ağdərə, Əfqan Həmzəyev isə Ağdam istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Cəmil Məmmədli İsmayıllı rayon Şəhidlər Xiyabanında, Samir Fərzəliyev Quzanlı Şəhidlər Xiyabanında, Əfqan Həmzəyev isə Borsunlu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıblar.

Cəmil Məmmədli, Samir Fərzəliyev  Əfqan Həmzəyev Şəhidliklərindən sonra bir neçə medalla təltif olunublar.

Həmçinin, Cəmil Məmmədli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib və Badamdar qəsəbəsindəki küçələrdən birinə onun adı verilib.

Cəmil Məmmədlinin eyni zamanda, Bakı şəhərində, Səbail rayonunda oxuduğu məktəbdə büstü ucaldılıb.

Eyni zamanda, Borsunlu kəndində Əfqan Həmzəyevin adını daşıyan küçə var.

Hər üç Şəhid həm də subay olublar.

***

Bu gün səhər saatlarında Şəhid Əfqan Həmzəyevin Borsunlu kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Şəhidlərimizlə-Əfqan Həmzəyevlərlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Sonra məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə ata ocağında Şəhidin Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, Goranboy, Naftalan və Bərdədən olan Şəhid ailələri, müəllim və şagirdlər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

13:40

***

FOTOLAR:

13:48

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əkrəm Əylisli kimi…Ramiz Mehdiyevin də bir sıra titulları-“İSTİQLAL” VƏ HEYDƏR ƏLİYEV ORDENLƏRİ GERİ ALINA BİLƏRMİ? “BOZ KARDİNAL”IN YAP-DAKI TALEYİ BƏS NECƏ OLACAQ?

Read Next

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir