15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi oldu- MİLLƏT VƏKİLİ

Bu gün-15 sentyabr Azərbaycan xalqının tarixində, taleyində ən əlamətdar, ən unudulmaz günlərdəndir, ən parlaq səhifələrdəndir.1918-ci ilin məhz  bu günündə-15 sentyabr tarixində Bakımız Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi, öz azadlığına qovuşdu. Bu əlamətdar, bu şərəfli hadisədən isə nə az-nə çox, düz 100 il ötür. Eyni zamanda, çox əlamətdar və çox sevindirici haldır ki, Bakımızın işğaldan azad edilməsinin 100-cü ildönümü qardaş və dost Türkiyəylə birgə qeyd olundu. Bu gün “Azadlıq” meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm və təntənəli paradda Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak və çıxış etdi. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin daha bir göstəricisi oldu. Bu, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlğının dünyaya daha bir nümayiş oldu.

parad-10

Bu fikirləri Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Belə bir möhtəşəm paradın keçirilməsi və bu paradda Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı qürurvericidir. Bu parad xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”-deyən millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mərhum dövlət başçısı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müstəsna rolu olduğunu xatırladıb:

parad-11

“Bir millət, iki dövlət” kəlamı bu gün dövlətlərimizin başçılarının timsalında daha da güclənib. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Bakının işğaldan azad olunması uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, iki ölkə arasında qardaşlıq bağları daha da möhkəmlənərək, siyasi, iqtisadi və hərbi əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir”.

parad-12

parad-13

parad-14

parad-15

Sonra paradda dövlət başçılarının çıxışlarına toxunan millət vəkili həm İ. Əliyevin, həm də R. Tayyib Ərdoğanın çox önəmli fikirlər səsləndirdiklərini, əhəmiyyətli mesajlar verdiklərini sözlərinə əlavə edib.

parad-16

 

“Cənab Ərdoğan çıxşında bildirdi ki,  Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfü deyil, bu, qan qardaşlığımızın təbii nəticəsidir. O, eyni zamanda qeyd etdi ki,  Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əllərindən gələn hər cür dəstəyi göstərdilər və göstərməyə də davam edəcəklər. Həmçinin, vurğuladı ki,  bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. “Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə 125 mindən çox azərbaycanlı təhsil alıb…Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı var…”-deyən qardaş dövlətin lideri Qarabağ məsələsinin də Türkiyə üçün eyni dərəcədə ağrılı məsələ olduğunu və bu baxımdan, münaqişənin həllində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ölkəmizə dəstəklərini bundan sonra da əsirgəməyəcəklərini açıq şəkildə bəyan etdi. Bu, əsl qardaşlıq, əsl dostluq münasibətidir.

Eyni zamanda, dövlət başçımız da çıxışında Bakının azad edilməsinin tarixi hadisə olduğunu və qədirbilən Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacağını bildirdi. Bununla yanaşı, möhtərəm prezidentimiz çıxışında bəyan etdi ki, Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq.

“Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”-deyən dövlət başçımız  onu da vurğuladı ki, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.

eldeniz-parad

Elə hesab edirəm ki. Türkiyə-Azərbaycan qardaşlığını, Türkiyə-Azərbaycan münasibətlərinin mövcud səviyyəsini bundan gözəl, bundan dəqiq ifadə etmək mümkün deyil. Bu, iki dost və qardaş dövlətlər arasındakı münasibətlərə verilmiş ən dəqiq və ən dəyərli qiymətdir. Odur ki, kimsənin, dünyadakı heç bir gücün və qüvvənin Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmağa gücü, qüvvəsi, qüdrəti yetə bilməz və yetməyəcək. Bu yöndəki cəhdlər hər zaman uğursuzluğa məhkum olacaq. Bugünkü parad və orada səslənmiş mesajlar da bunun daha bir təsdiqidir. Yaşasın, Azərbaycanımız, yaşasın, Türkiyəmiz!”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Ərdoğan Türkiyəyə döndü – FOTO

Read Next

“Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, konkret əməldədir” – MİLLƏT VƏKİLİ – ŞƏRH(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir