“15 yaşındakı gənc oğlan kimiyəm!”-ELDAR İBRAHİMOV KORONAVİRUSA YOLUXMASI BARƏDƏ DEYİLƏNLƏRİ ŞƏR-BÖHTAN ADLANDIRDI

Koronavirusa yoluxmağım barədə deyilənlər şər-böhtandan savayı bir şey deyil. Bilmirlər ki, nə desinlər, nə uydursunlar…Bunu arzulayanların arzuları gözlərində qalacaq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Arqar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov onun və başqa bir neçə millət vəkilinin koronavirusa yoluxması barədə deyilənlərə münasibətini bildirərkən deyib.

“Bunlar hamısı boş-boş dedi-qodulardır. Heç bir xəstəliyim-filan yoxdur. Bütün orqanlarım da saz vəziyyətdədir (gülür). Maşallah, 15 yaşındakı oğlan kimiyəm!”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

120 deputatın heç biri-KORONAVİRUSA YOLUXMAYIB-TEST NÜMUNƏLƏRİNİN CAVABLARI NEQATİV ÇIXIB – YENİLƏNİB

Read Next

“Onda durum indiki qədər ağır deyildi…”-ERKİN QƏDİRLİ DƏ “NEQATİV” ÇIXDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir