15 yaşlı Birinci Qarabağ Savaşı Şəhidi-SEHRAN QƏNİYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Kürdəmirin Birinci Vətən Müharibəsi Şəhidlərindən olan Sehran Sabir oğlu Qəniyevin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, “Şəhid bulağı”nın açılış mərasimi Qaraqocalı kəndində, saat 11:00-da başlayacaq və təxminən bir saat çəkəcək.

Mərasimdə Şəhidin anası, qardaşları, yaxınları, kənd sakinləri, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Şəhidin və Şəhidlərin ruhlarına dualar oxunacaq, çıxışlar ediləcək və sonda bulağın açılışı olacaq.

Açılışdan sonra rayon mərkəzində yerləşən “Kürdəmir” şadlıq sarayında Şəhidlə bağlı anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Qeyd edək ki, Birinci Vətən Müharibəsi zamanı cəmi 15 yaşında Ağdərənin (Tərtərin) Çaylı kəndində Şəhid olan Sehran Qəniyev 1992-ci ilin iyun ayının 17-də Şahsevən kənd qəbiristanlığında dəfn olunub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

00:00

***

Hazırda Qaraqocallıda, Şəhid Sehran Qəniyevgildəyəm…

Şəhidimizin ailəsindəyəm…

Şəhidimizin ailəsinə-anası Gülnar anaya, qardaşı Elbrus bəyə və digər əzizlərinə bir daha başsağlığı verirəm, onlara bir daha Allahdan səbr diləyirəm, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!Ruhu qarşısında baş əyirəm!”-deyirəm…

Bəli, cəmi 15 yaşında Şəhid olmaq hər oğulun, hər gəncin, hər kişinin işi deyil…

Sehran isə cəmi 15 yaşında (hətta pasportunda doğum ilini pozaraq, dəyişərək yaşını bir il artırıb…) öz qanı, öz canı ilə Qarabağı, Vətəni yolunda qəhrəmancasına həlak olaraq, Şəhidliyə yüksəlib…

Orta məktəb yaşlı, o cümlədən xəyalları, arzuları olsa da, Vətənini, Qarabağını təhsilindən də, gələcəyindən də, xəyallarından da, ailəsindən də üstün tutub…

Hər şeyi Vətəninə, Qarabağına qurban edib…

Və qeyd etdiyimiz kimi, cəmi 15 yaşında Şəhidlik zirvəsinə ucalıb…

Hər birimiz Sehrana və Sehranlara borcluyuq…

Ona və onlara, cəmi Şəhidlərimizə olan borcumuz heç zaman ödənməz və ödənməyəcək…

Ömür boyu onlara borcluyuq və borclu qalacağıq…

Və Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Sehran da, Sehranlar da var olacaq, mənən, ruhən yaşayacaqlar!

Ölməzdirlər, Ölümsüzdürlər!

10:05

***

FOTOLAR:

10:20

***

Saat 11:00-da “Şəhid bulağı”nın açılışı mərasimi başlayıb..

Açılışda Şəhidin anası, yaxinları, Qaraqocallı kənd sakinləri, Kürdəmirli və Mingəçevirli Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilər, Kürdəmir İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib və çıxışların ardınca “Şəhid bulağı”nın açılışı edilib.

Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Açılış mərasimi saata yaxın davam edib.

Daha sonra “Kürdəmir” şadlıq evində anım mərasimi başlayıb.

Mərasimdə yenə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirli, Kürdəmirli və Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Kürdəmir rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Sehran Qəniyev və digər Şəhidlərin Qəhrəmanlığından, İgidliyindən bəhs olunub.

Mərasimdə eyni zamanda, Şəhidin və Şəhidlərin ruhuna dualar oxunub.

12:22

***

“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…

VƏ ANIM MƏRASİMİ…

12:32

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

DÖVLƏT HİMNİNİNİN OXUNMASI VƏ SƏSLƏNDİRİLMƏSİ…

12:57

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 4449 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Read Next

Manaf Ağayev-SAXLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir