Millət vəkili: Ciddi iqtisadi maarıflənməyə ehtiyac var
Yanğın nəticəsində sahibkarlara dəyən ziyana görə dövlət tərəfindən maddi yardımın ödənməsi üçün verilən tapşırıq və bununla bağlı xüsusi müşavirənin keçirilməsi dövlət başçısı İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. Dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Tahir Mirkişili deyib.
O, deyib ki, bu hadısədən dərs götürüləsi məsələlər çoxdur.
“Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3% i həcmindədir. Yəni, bir mağazada 50 min manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maarıflənməyə ehtiyac var…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az