Cənnətdəki dördüncü doğum günü ilə bağlı-NAFTALANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BƏHRUZ QULİYEVİN MƏZARI ZİYARƏT OLUNDU, TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Goranboylu və Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin üç övladından biri, evin tək və ailəli oğlu, iki qız övladı Vətənə əmanət qalan, Aprel döyüşlərinin iştirakçısı, MAXE Bəhruz Firuz oğlu Quliyevin 34 yaşının tamam olması, Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Naftalan qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1990-cı ilin may ayının 9-da dünyaya gələn və 2020-ci ilin oktyabr ayının 11-də Əbədiyyətə uğurlanan 3 medalBəhruz Quliyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Naftalan şəhərində yerləşən İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbdə Şəhidin Cənnətdəki dordüncü doğum günü ilə bağlı tədbir düzənlənib.

***

İki saat çəkən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, məktəblilər tərəfindən kompozisiya nümayiş etdirilib, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar ifa edilib.

Həmçinin, Şəhidin qızları Elay Mədinə tərəfindən atalarına həsr edilmiş şeirlər səsləndirilib.

Bu zaman çox kövrək, təsirli, duyğulu anlar yaşanıb, tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Tədbirin sonunda Şəhidin anası Möhtərəm xanım və Şəhidin həyat yoldaşı çıxış edərək, tədbirin iştirakçılarına və tədbiri təşkil edənlərə, tədbirlə bağlı əməyi, zəhməti keçən hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdən sonra “Ay-Ulduz” şadlıq sarayında Şəhidin adına ehsan verilib, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə, Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş tədbirdə və adına təşkil edilən ehsan süfrəsində ailə üzvləri, doğmaları, Goranboy və Naftalandan olan Şəhid ailələri, Qazilər, keçmiş hərbçilər-Rasim Əkbərov başda olmaqla, əfsanəvi Goranboy batalyonunun döyüşçüləri, müəllim və şagirdlər, yerli ziyalılar, Naftalan şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB – (5)

Read Next

“Rəşadət” ordenli Xüsusi Təyinatlı-YARDIMLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİN ZAHİD ZAHİRLİNİN SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir