Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonundan olan Şəhid bacısı Əfsanə Məhəmməd qızı Qurbanova Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubova müraciət göndərib.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Elçin müəllim!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Əfsanə Məhəmməd qızı Qurbanova Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəm. İkinci Vətən Müharibəsi Şəhidi, özü də Goranboy və Qızılhacılının ilk Şəhidi, evin-ailənin tək və subay oğlu, MAXE Fariz Qurbanovun bacısıyam. Tək qardaşını Vətən yolunda Şəhid vermiş Dərdli, Yaralı, həm də Qürurlu Şəhid bacısıyam. Eyni zamanda, övlad, tək oğul dərdinə dözə bilməyən, yataq xəstəsi olan atamı da bu yaxınlarda itirdim. Xəstə, yaşlı anamla bir damın altında qalmışam. Həm qardaş, həm də ata dərdi çox ağır və dözülməzdir. Qardaşımdan sonra həm də evin-ailənin bütün yükü mənim çiyinlərimə düşüb. Dəfələrlə müraciət etsəm də, heç bir normal işlə təmin olunmamışam.
İşsizəm. İşləmək, həm xəstə anama daha yaxşı dəstək olmaq, həm də öz ayaqlarım üstə dayanmaq, kimsəyə möhtac olmaq istəmirəm. Ona görə istəyirəm ki, bir Şəhid bacısı kimi Xankəndi şəhərində həm işlə təmin olunum, həm də torpaq sahəsi ilə təmin edilim, orada özümə bir iş qura bilim. Həm də Şəhidlərimizin ruhunu yaşada bilim.
Odur ki, Sizdən bu məsələdə mənə dəstək olmağınızı, torpaq sahəsi (obyekt yeri) ilə təmin olunmağıma səlahiyyətləriniz daxilində köməklik göstərməyinizi istəyirəm. Vətən yolunda canını fəda etmiş bir Qəhrəmanın, Qələbə və Zəfər Şəhidinin bacısı kimi buna haqqım çatır. Bu, həm mənim, həm də ən əsası qardaşımın Haqqıdır. Bu baxımdan, dəstəyinizə, köməyinizə ehtiyacım var və bu məsələnin həllində yardımınızı əsirgəməməyinizi xahiş edirəm.
İnanıram ki, müraciətim diqqətlə, həssaslıqla nəzərdə keçiriləcək və öz müsbət həllini tapacaq. Öncədən də Sizə öz minnətdarlığımı ifadə edirəm!”
Etikxeber.az