Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qanlı və Şanlı sentyabr…
Millətimizin Qanlı qan yaddaşı, Şərəfli şərəf və qürur yaddaşı…
Tarixi 2020-ci il 44 günlük İkinci Vətən Müharibəsi ilə yol alan, 2022-ci il “Qisas” əməliyyatı ilə davam edən və 2023-cü il 23 saatlıq Antiterror əməliyyatı ilə nöqtə qoyulan qanlı və şərəfli tariximiz…
Bəli, artıq 1988-ci ildən başlayan və 2023-cü ilədək 35 il davam edən qanlı Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə son və birdəfəlik nöqtə qoyan 2023-cü il 19-20 sentyabr 23 saatlıq lokal xarakterli Antiterror əməliyyatından bir il keçir…
Cəmi iki gündən sonra, 19 sentyabr 2024-cü il tarixində tarixi əməliyyatın birinci ili, bu əməliyyatda qanları, canları ilə Vətən torpaqlarına adlarını əbədilik həkk etdirən Oğullarımızın, İgidlərimizin, Qəhrəmanlarımızın, Nur üzlü Şəhidlərimizin Şəhidliklərinin birinci ili tamam olur…
19 sentyabrdan başlayaraq, təxminən oktyabrın 1-nə kimi Antiterrior əməliyyatı Şəhidlərinin Anım günləridir…
2023-cü ilin 19 sentyabr tarixində, səhər saatlarında səkkiz Vətən sevdalısı polisimizin qanlı və növbəti erməni təxribatı nəticəsində Şəhidliyi ilə cəmi saatlar sonra birdəfəlik düyməyə basıldı…
Şərəfsiz və alçaq düşmənə, xain, nankor, işğalçı və təzavüzkar qonşuya birdəfəlik zərbə vuruldu…
Rasimlərdən, Asimlərdən, Əzizbəylərdən, Xəzərlərdən, Seymurlardan, Ramillərdən…başlayan şərəfli yol Əkrəmlərlə, Əlilərlə, Həmidlərlə, Devidlərlə, Hüseynlərlə, Elşadlarla, Ramillərlə, Mikayıllarla, Zeynallarla, Əlibəylərlə, Ramallarla, Ruslanlarla, Cavidlərlə, Cahangirlərlə, İxtiyarlarla, Emrallarla, Xanbabalarla, Fəridlərlə, Zaminlərlə, Qiyaslarla, Səbuhilərlə, Əhmədlərlə, Sahiblərlə, Şəhriyarlarla, Kamallarla, Davudlarla, Cahanlarla, Ülvilərlə, Qasimlərlə, Ağamilərlə, Fətilərlə, Bəhruzlarla, Muradlarla, Nicatlarla, Mirmusalarla, Turallarla, Gökhanlarla, Elsevərlərlə, Mirpaşalarla, Elməddinlərlə, Savalanlarla, Əhmədlərlə, Nemanlarla…daha neçə-neçə adlarını bilmədiyim Oğullarla, Qəhrəmanlarla davam etdirildi…
Və onların İgidliyi, Qəhrəmanlığı…sayəsində bütün-cəmi Şəhidlərimizin qisasları alındı, qanları yerdə qoyulmadı…
Üzünə həsrət qaldığımız Xankəndimizə, yaralı və qanlı Xocalımıza, Ağdərəmizə, Əsgəranımıza, Xocavəndimizə qovuşduq, sahibləndik on illər sonra…
Üç rəngli bayrağımız həmin yerd yerlərimiz də daxil olmaqla, 86,6 min kvadrat kilometrlik Vətən torpaqlarımızda, Dağlı-Aranlı bütün Qarabağda dalğalandırıldı…
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi onun sərhədləri daxilində tam bərqərar olundu…
Məhz Şəhidlərimizin, o cümlədən son nöqtəni qoyan, “Dəmir yumruğu” növbəti dəfə və birdəfəlik düşmənin başına endirən Antiterror Şəhidlərimizin sayəsində Azərbaycanımız bir daha dünyaya özünün NƏLƏRƏ qadir, onunla “zarafat” etməyin sonunun necə olduğunu göstərdi, nümayiş etdirdi…
Odur ki, bütün Şəhidlərimizə, o cümlədən Antiterror Şəhidlərimizə bir ömür boyu-həm bu günyada, həm o dünyada borcluyuq…
Onlara olan borcumuzu, onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələrə borcumuzu heç zaman, bilmərrə unutmamalı, yaddan çıxarmamalıyıq…
Hər anımıza, hər saniyimizə, bu torpaqlar üzərində şətlə gəzdiyimizə görə…onlara borcluyuq…
Özü sözdə, PAFOSLARDA, ÖZÜNÜREKLAMLARDA deyil, əməldə, fəaliyyətdə…
Bir sözlə, Onlara-Şəhidlərimizə olan borcumuz heç zaman bitməz və tükənməz…
Və hər kəs bilməlidir ki, unutsaq, unudularıq…
Tarixdən, acı keçmişimizdən…nəticə çıxarmalıyıq…
Allah bütün Şəhidlərimizin-içində də Antiterror Şəhidlərimizin məkanlarını cənnətlik, ruhlarını şad, məqamlarını Uca etsin!
Böyük Yaradan cəmi Şəhidlərimizin-Şəhidinə dəyər verən, Şəhidini Uca tutan bütün Yaralı, Dərdli, həm də Qəhrəman ailələrin səbr və dözümünü versin!
Şəhidlər ölməz, Vətən bölünməz!





























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri