158 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, şirkətin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində cari ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.

Etikxeber.az

Read Previous

Polad Bülbüloğlu: “Azərbaycan bu cür yanaşma ilə razılaşmır”

Read Next

Rusiya xalqı Putinin siyasətinə dəstəyini nümayiş etdirib” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir