Anım günləri olan Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI DEVRAN NAİBOV VƏ EVİN TƏK OĞLU, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ŞÖVQİ İSMAYILZADƏ…MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-8 oktyabr 2024-cü il tarixində Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri Devran Naibov (Nayıbov) və Şövqi İsmayılzadənin Anım günlərində məzarları ziyarət olunub.

Devran Naibovun Bərdə Şəhidlər Xiyabanında, Şövqi İsmayılzadənin isə Bəcirəvan kənd qəbiristanlığındakı məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Etikxeber.az xəbər verir ki, hər iki Şəhidin ruhlarına dualar edilib, “Quran” oxunub.

Hər iksinin də məzarı önündə qısa çıxışlar edilib, Devran Naibovla Şövqi İsmayılzadənin İgidlikləri və Qəhrəmanlıqlarından söz açılıb.

Ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra “Qarabağ” mərasim evində Devran Naibovun, Bəcirəvanda-ailəsinin yaşadığı evdə isə Şövqi İsmayılzadənin Anın mərasimləri keçirilib, adlarına ehsan süfrəsi açılıb, bir daha ruhlarına dualar edilib.

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

19:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki övladından biri, evin tək oğlu, bir övladı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞÖVQİ İSMAYILZADƏ…BU GÜN MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK…

Read Next

“Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir