Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyəddin Zöhrab oğlu Cəfərovun Anım Günüdür.
Elyəddin Cəfərovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Anım Günü ilə bağlı bu gün-20 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Məzarını ziyarətdən sonra isə Qaşaltı-Qaraqoyunlu kəndindəki xeyir-şər mərasim evində Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq.
Etikxeber.az xəbər verir ki, Elyəddin Cəfərov 1995-ci ilin may ayının 24-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində anadan olub.
Ailənin iki övladından-iki qardaşdan biri, evin böyük oğlu olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətdə olub və Əsgərliyini başa vurduqdan sonra, müxtəlif sahələrdə çalışıb.

44 günlük İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib.
Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini 20 gün sonra əldə etmək mümkün olub.
Və oktyabr ayının 20-də nəşi Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Elyəddin həm də subay olub.
O, eyni zamanda, Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
07:48
***
Bu gün səhər saatlarında Elyəddin Cəfərovun Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra isə Qaşaltı-Qaraqoyunlu kəndindəki xeyir-şər mərasim evində Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
14:00
***
FOTOLAR:





















14:40
***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





