Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
16 noyabr 2021-ci il Şəhidlərindən olan Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin Anım Günüdür.
Elmin Əlizadənin bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün-18 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Ağdam və Mingəçevir şəhər İcra hakimiyyətlərinin məsul nümayəndələri və başqa şəxslər iştirak ediblər.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Ziyarətdən sonra “QRES” qəsəbəsində-ailəsinin yaşadığı evdə Şəhidin Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.
Etikxeber.az-ın xəbərinə görə, Elmin Əlizadə 2003-cü ilin mart ayının 18-də Mingəçevirin “QRES” qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.
Evin-ailənin iki övladından biri və tək oğlu olub.
Kollec təhsilli tək bacısı hazırda nişanlıdır.
Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb, Laçın istiqamətində qulluq edib.
Cəmi 8 ayın Əsgəri olan Elmin Əlizadə ötən ilin 16 noyabr tarixində-Laçın istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qanlı döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.
O, həmin döyüşlərdə Şəhid olan 7 Şəhiddən biridir.
Nəşi iki gün sonra, 18 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra cəmi bir medalla təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının daha bir neçə medal və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.
Elmin həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
13:14
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az