16 noyabr 2021-ci il Şəhidimiz: Ailənin tək və subay oğlu, cəmi 8 ayın Əsgəri-ELMİN SAMİR OĞLU ƏLİZADƏ…-FOTOLAR

Dünən, 24 noyabr sonuncu-16 noyabr 2021-ci il Şəhidlərimizdən olan Elmin Samir oğlu Əlizadənin yeddisiydi, yeddi mərasimiydi…

Ailəsini bir neçə gün öncə Mingəçevir şəhər Şəhidlər Xiyabanında Şəhidin məzarı başında görmüş, yaxınlaşıb atasına başsağlığı vermişdim…

Dünən, yeddisində də ailəsi məzarı başındaydı, anası fəryad edirdi…

Sözün bitdiyi yer idi…

Dünən axşam saatlarında isə Şəhid analarından Simuzər xanım və Maya xanımla (və oğlu ilə) birlikdə Şəhidin yeddi mərasiminə, ailəsinin yaşadığı “QRES” qəsəbəsinə getdik…

Bir daha ailəsinə başsağlığı verdik, bir daha acılı, kədərli, dərdli Şəhid ailəsinə səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Bir qədər gecə olduğu üçün ziyarətimiz yarım saat çəkdi…

Çünki başqa Şəhid ailələrini də ziyarət edəcəkdik…

***

Elmin ailənin iki övladından biri, tək oğlu, böyük övladı idi…

2003-cü ildə dünyaya gəlmişdi…

Və 8 ayın Əsgəri idi…

3 ayını Gəncədə, 5 ayını isə Laçında çəkmişdi…

8 ayı qalmışdı…

Və noyabrın 16-da Laçın istiqamətində də dünyasını dəyişdi, qəhrəmancasına həlak oldu, Şəhidlik zirvəsinə ucaldı…

Daha bir ailənin ocağına od düşdü, daha bir ailə övladı acısı yaşadı, yaşamaqdadıdır…

18 yaşlı Şəhidimizin, Nur üzlü Elminimizin məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

Fəxrimiz, Qürurumuzdur!

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Birinci Qarabağ Savaşının Şəhidi Vacib Babayev: 11 NƏFƏRLİK AİLƏSİ HƏLƏ DƏ BİR MƏNZİLDƏ VƏ KİRAYƏDƏ YAŞAYIR, MƏZARI HƏLƏ DƏ BƏRBAD VƏZİYYƏTDƏDİR…AİDİYYATI QURUMLAR İSƏ SUSMAQDA DAVAM EDİRLƏR…-FOTOLAR

Read Next

Nəşi 19 gündən sonra torpağa tapşırılan, ali təhsilli, subay-TƏRXAN QURBANOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir