16 noyabr Şəhidi: Əslən Ağdamlı, özü isə Mingəçevirli olan-AİLƏNİN TƏK OĞLU, 8 AYIN ƏSGƏRİ ELMİN ƏLİZADƏ – ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL ÖTDÜ – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün 16 noyabr (2021-ci il) Şəhidlərindən daha birinin-Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından 1 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Elmin Əlizadə 2003-cü ilin mart ayının 18-də Mingəçevirin “QRES” qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Evin-ailənin iki övladından biri və tək oğlu olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb, Laçın istiqamətində qulluq edib.

Cəmi 8 ayın Əsgəri olan Elmin Əlizadə ötən ilin 16 noyabr tarixində-Laçın istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qanlı döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.

O, həmin döyüşlərdə Şəhid olan 7 Şəhiddən biridir.

Nəşi iki gün sonra, 18 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

***

İlk Anım Günü ilə bağlı bu gün səhər ssatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Ağdam və Mingəçevir şəhər İcra hakimiyyətlərinin məsul nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Şəhidin “QRES” qəsəbəsində, ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Eyni zamanda, Şəhidin anası Aynur Əliyevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Şəhid anasına medal və vəsiqəni jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah valideynlərinə səbr və dözüm versin!

12:43

***

FOTOLAR:

15:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 40 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Daha iki Şəhid anasına-bu gün Anım Günü olan Bərdəli Şəhid Asif Abışovun anası İsbət Hətəmova və nəşi 63 gün sonra torpağa tapşrılan Mingəçevirli Telman Allahverənovun anası Rasimə Allahverənovaya-“VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir