Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncə şəhərinin Şəhidlərindən olan Natiq Yusif oğlu Əliyevin Şəhidliyindən doğum günüdür.
Natiq Əliyevin bu gün-22 may 2026-cı il tarixində 37 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycanlı olan Natiq Əliyev 1989-cu ilin 22 may tarixində Gəncə şəhərində dünyaya gəlib.
Ailənin 3 övladından biri olub.
Orta məktəbi bitirdikdən az sonra həqiq hərbi xidmətə yollanıb, Əsgərliyini başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb.
2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.
2016-cı il Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
2021-cı ilin noyabr ayının 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı qəhrəmancasınaŞəhidlik məqamına ucalıb.
16 noyabr tarixində Vətən yolunda canını fəda edən 7 İgidimizdən, Qəhrəmanımızdan biri olub.
Nəşi bir gün sonra, 17 noyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla təltif olunub.
Ailəsi-həyat yoldaşı Gülnar xanım isə Natiq Əliyevin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
O, həm də ailəli, bir övlad atası idi.
Zeynəb adlı qızı Vətənə əmanət qalıb.
O, hazırda orta məktəb şagirdidir.

***

Bu gün həm də Bakı şəhərinin Xəzər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ramil Adəm oğlu Yusifzadənin doğum günüdür.
Cənnətdəki altıncı doğum günü olan Ramil Yusifzadənin bu gün 28 yaşı tamam olur.
Qeyd edək ki, Ramil Yusifzadə 1998-ci ilin may ayının 22-də Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində, ziyalı ailəsində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı Arzu Quliyeva hazırda ailəli, iki övlad anasıdır.
2004-2015-ci illərdə Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb.
Liseyi bitirdikdən sonra, 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol müəlliməliyi fakültəsinə daxil olub və 2019-cu ildə ali təhsilini, Akademiyanı başa vurub.
Akademiyanı başa vurduqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
Qazax istiqamətində yerləşən “N”saylı hərbi hissədə qulluq edib.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb.
Füzuli istiqamətində qanlı döyüşlərdə iştirak edən Şəhidimizin şərəfli döyüş yolu 17 gün çəkib.
Oktyabr ayının 13-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Axırıncı dəfə isə ailəsi-atası ilə Şəhidliyindən 1 gün öncə danışıb və atasına son sözü bu olub ki, “Ata, haqqını halal elə, anama bunları demə”.
Ancaq nəşi uzun müddət tapılmayıb.
Yalnız bir ay 20 gündən sonra, dekabr ayının 3-də nəşi əldə edilib və Binə qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
22 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Etikxeber.az





