16 noyabr Şəhidlərindən olan, bir qız övladı Vətənə əmanət qalan Natiq Əliyevin Şəhidliyindən bir il-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNDƏN OLAN, İKİ QARDAŞDAN BİRİ OQTAY MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURALANMASINDAN İSƏ İKİ İL KEÇDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün 16 noyabr (2021-ci il) Şəhidlərindən olan Natiq Yusif oğlu Əliyevin Şəhidliyindən bir il ötür.

Etikxeber.az-ın xəbərinə görə, əslən Qərbi Azərbaycanlı olan Natiq Əliyev 1989-cu ilin 22 may tarixində Gəncə şəhərində dünyaya gəlib.

Ailənin 3 övladından biri olub.

Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyini başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb.

2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

2021-cı ilin noyabr ayının 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

16 noyabr tarixində Vətən yolunda canını fəda edən 7 İgidimizdən, Qəhrəmanımızdan biri olub.

Nəşi bir gün sonra, 17 noyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

O, həm də ailəli, bir övlad atası idi.

Zeynəb adlı qızı Vətənə əmanət qalıb.

***

Şəhidliyinin ikinci ilə bağlı bu gün səhər saatlarında Natiq Əliyevin Gəncə şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidlə bağlı Gəncə şəhərindəki mərasim evlərindən birində Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Mərasimdə həm də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri-həyat yoldaşı, övladı, qohumları, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

***

13:00

***

Bu gün həm də Gəncə İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, ailənin iki övladından, iki qardaşdan biri Oqtay Namiq oğlu (Məşədi Oqtay) Məmmənovun Anım Günü, Əbədədiyyətə uğurlanmasının ikinci ili idi.

1994-cü ilin 1 yanvar tarixində dünyaya gələn Oqtay Məmmədov İkinci Vətən Müharibəsi zamanı 42 günlük şərəfli və uzun döyüş yolu keçib.

Şuşa şəhəri işğaldan azad olunan gün, noyabrın 8-də Xankəndi istiqamətində döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.

Ailənin subay övladı olan Məşədi Oqtayın nəşi 8 gün sonra, noyabrın 16-də Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Əbədiyyətə uğurlanmasının ikinci ilində isə məzarı ziyarət olunub, ruhuna dualar edilib, sonra ailəsin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib.

Məzarı Nurla dolsun!

Allah ailəsinə səbr və dözüm versin!

17:30

***

FOTOLAR:

18:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı-AZƏRBAYCAN FRANSAYA NOTA VERDİ

Read Next

“İran bütün sərhədləri keçmişdi…”-CEYHUN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir