16 oktyabrda Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK ÖVLAD ELMAR İBRAHİMOV, TƏK OĞUL, KOLLEC TƏHSİLLİ EMİL SADIQZADƏ, YEDDİ BACININ TƏK QARDAŞI ELŞƏN KƏRİMOV, İKİ QARDAŞDAN BİRİ SALEH ƏLİYEV, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ ƏRƏSTUN XIDIROV – FOTOLAR

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım günləridir.

16 oktyabr 2025-ci il tarixində Goranboylu Elşən Kərimovun, Bərdəli Ərəstun Xıdırovun, Samuxlu Emil Sadıqzadənin, Mingəçevirli Elmar İbrahimovun və əslən Füzulili, özü isə Bakılı olan Saleh Əliyevin Əbədiyyətə uğurlanmasından altı il keçir.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Elşən Rövşən oğlu Kərimov 2001-ci ilin iyunun ayının 26-da, Samux rayonunun Qovlarsarı kəndindən olan Emil Əziz oğlu Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də, Bərdə rayonundan olan Ərəstun Arif oğlu Xıdırov 1998-ci ilin 18 mart tarixində, Bakı şəhərinin Zabrat qəsəbəsindən olan Saleh Namiq oğlu Əliyev 1992-ci ilin 28 avqustunda və Mingəçevir şəhərindən olan Elmar Nəriman oğlu İbrahimov isə 1998-ci ilin 2 sentyabrında sadə bir ailədə dünyaya gəlib.

Elşən Kərimov 7 bacının tək qardaşı, Emil Sadıqzadə ailənin 3 övladından biri və tək oğul, Ərəstun Xıdırovla Saleh Əliyev evin 3 övladından, iki qardaşdan biri, Elmar İbrahimov isə tək övlad olub.

Emil Sadıqzadə ilə Saleh Əliyev kollec (texnikum) təhsilli, Elşən Kərimov, Ərəstun Xıdırıov və Elmar İbrahimov orta təhsilli idi.

Ərəstun Xıdırov Azərbaycan Ordusunun hərbçisi-MAXE, Emil Sadıqzadə ilə Elşən Kərimov Əsgər olub.

Emil Sadıqzadə həm də Xüsusi Təyinatlılardan idi.

Saleh Əliyevlə Elmar İbrahimov isə İkinci Vətən Müharibəsinə könüllü olaraq qatılıblar.

Emil Sadıqzadə, Elşən Kərimov və Saleh Əliyev Füzuli rayonu, Ərəstun Xıdırovla Elmar İbrahimov isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olublar.

Elşən Kərimovun nəşi Qızılhacılı (Balükürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Ərəstun Xıdırovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında, Emil Sadıqzadənin nəşi Qovlarsarı kənd qəbiristanlığında, Elmar İbrahimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında, Saleh Əliyevin nəşi isə Zabrat qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliklərindən sonra Elşən Kərimov, Ərəstun Xıdırov, Elmar İbrahimov, Saleh Əliyev medallarla və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Emil Sadıqzadə isə “Azərbaycan Bayrağı” ordeni və bir neçə medalla təltif olunub.

Adları çəkilən, Anım günləri olan Şəhidlərin hər beşi də subay olub.

Elmar İbrahimov, Emil Sadıqzadə və Elşən Kərimovun adları daşıyan küçələr var.

***

Ruhları şad olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Şəhidlərimizi unutmamalı, yaddan çıxarmamalıyıq…”-deyən Xətai rayonunun İcra başçısı Rafiq Quluyev bu sözləri-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK ÖVLAD SAMİR ƏLİYEVİN ANIM GÜNÜNDƏ MƏZARINI ZİYARƏT ZAMANI DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyev Gürcüstanın ölkəmizdəki yeni səfirini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir