16 ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək

Noyabrın 29-da Varşavada Mərkəzi, Şərqi və Cənubi Avropanın 16 ölkəsinin xarici işlər nazirlərinin və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin görüşü keçiriləcək. Bu barədə noyabrın 27-də Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Yoanna Vayda məlumat verib.

Etikxeber.az-ın məlumatına görə, “Vışeqrad qrupu”nun üzvü olan Çexiya, Macarıstan və Slovakiyanın, Avropa İttifaqına daxil olmağa çalışan altı dövlətin – Monteneqro, Serbiya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovonun, habelə “Vışeqrad qrupu” ölkələrinin Aİ üzrə qonşularının – Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, Sloveniya və İtaliyanın xarici işlər nazirləri Polşa paytaxtına gələcəklər.

Polşa XİN-in məlumatına görə, danışıqlarda 16 nümayəndə heyətinə daxil olan təxminən 100 adam iştirak edəcək. Nazirlikdən onu da bildiriblər ki, görüşdə Avropa diplomatiyasının rəhbəri Federika Moqerininin iştirakı üzv dövlətlər üçün mühüm xəbərdarlıqdır.

Avropa diplomatlarının iclasında qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıq, terrorizm və hibrid təhlükələr müzakirə ediləcək.

Etikxeber.az

Read Previous

Azərbaycanlı rejissorun filmi ABŞ-da birinci yerə layiq görülüb

Read Next

Mehriban Əliyeva Baronessa Nikolsonla görüşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir