Beyləqanlı Şəhid ailələri quda oldu-ŞƏHİD BACISI İLƏ ŞƏHİD QARDAŞININ NİŞAN MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün daha iki Şəhid ailəsində gözəl, şad gündür…

Quda olan iki Şəhidi ailəsinin sevincli günüdür…

Beyləqanlı, Qəhrəmanlı Antiterror Şəhidi Bəruz Rüstəmlinin tək qardaşı, Gizir, keçmiş Xüsusi Təyinatlı Mövlan Rüstəmli ilə Beyləqanlı (əslən Cəbrayıllı), Şahsevənli İkinci Qarabağ Savaşı Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin tək bacısı, ali məktəb tələbəsi Əminə İsmayılovanın nişan günüdür…

İki Şəhid ailəsi bu gün quda olur…

Və Şəhid bacısı ilə Şəhid qardaşının nişan mərasimi Beyləqan rayonunda yerləşən “Sərin Qala” ailəvi restoranında, axşam saatlarında baş tutur…

Nişandan əvvəl səbəbkarlar-Əminə xanımla Mövlan bəy Bahar qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanını, Şəhidlərimizi, o cümlədən Vüqar İsmayılzadə ilə Bəhruz Rüstəmlinin məzarlarını ziyarət edirlər…

Ziyarətdən sonra isə nişan mərasimi olan restorana üz tuturlar, alqış sədaları altında zala daxil olurlar…

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, əzəmətli Dövlət himnimiz səsləndirilir…

Nişan mərasimində də Əminə xanımla Mövlan bəyin valideynləri, doğmaları, yaxınları, Beyləqanlı və Sumqayıtlı Şəhid ailələri, İcra başçısı Əziz Əzizov başda olmaqla, Beyləqan rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak edirlər…

Nişan mərasimində təbriklər və çıxışlar başlayır…

Bir-birini əvəzləyən təbrik və çıxışlarda hər iki Şəhidin ailəsinə, valideynlərinə-Sevinc xanıma, Simnarə xanıma və Vüqar İsmayılova gözaydınlığı verilir, eyni zamanda, Şəhid bacısı ilə Şəhid qardaşına xoşbəxtlik, bəxtəvərlik, ailə səadəti arzulanır…

Təbrik və çıxışlardan sonra isə bir-birindən gözəl mahnılar, musiqlər səsləndirilir, rəqslər ifa edilir…

Gözəl anlar, gözəl məclis yaşanır…

Və heç şübhəsiz ki, ən çox sevinən və şadlanan isə Şəhidlərin-Vaqiflə Bəhruzun ruhları olur…

Ruhları daim kömək olsun, Əminə ilə Mövlana!

Amin!

***

FOTOLAR:

18:39

***

22:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Putin Əliyevə-ZƏNG ETDİ…

Read Next

Şəhid Sübhan Abdurəhmanlının valideynləri-NAFTALANLI ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİLƏR, FƏXRİ DİPLOMLAR TƏQDİM ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir