“Məni ən çox Şəhid balamın paltarlarının, əşyalarının, medallarının yanıb kül olması yandırır…”-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI TOĞRUL XUDİYEVİN VƏ QAZİ, ÜÇ MEDALLI HƏBİB XUDİYEVİN ANASI KÖNÜL SƏMƏDOVA – FOTOLAR

2023-cü ilin yanvarın 4-də evimiz təmiz yandı, yanıb kül oldu…Heç nə çıxarmaq mümkün olmadı…Məni başqa şeylər maraqlandırmır, yandırmır, ən çox Şəhid balamın paltarlarının, əşyalarının, medallarının yanıb kül olması yandırır…Hələ də özümə gələ bilmirəm…Mənim üçün çox ağırdır, çox…Cəmi üç bayrağı çıxarmaq mümkün oldu Şəhid balamın otağından…

Bunları Beyləqanlı, Qəhrəmanİkinci Vətən Müharibəsi Şəhidi, cəmi iki gün sonra-17 noyabr 2024-cü il tarixində Anım Günü olan Şəhid-Əfsanəvi Xüsusi Təyinatlı Toğrul Habil oğlu Xudiyevin anası, əslən Qərbi AzərbaycanKönül Səmədova Şəhidimizin ocağını, ailəsini ziyarət edərkən dedi.

Qeyd edim ki, bu gün-15 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhid Toğrul Xudiyevin ocağını, ailəsini ziyarət etdim…

Öncə, hər zaman olduğu kimi, Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimizin müqəddəs ruhu və ailəsi qarşısında baş əydiyimi bildirdim…

Təxminən 40 dəqiqə çəkən ziyarətim zamanı Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman Anası Könül xanımla, həmçinin, tək qardaşı, keçmiş hərbçi, Kiçik çavuş, Qazi Həbib Xudiyevlə söhbətləşdim, dərdləşdim…

Onlara az da olsa, təsəlli verməyə, dərdlərini, kədərlərini az da olsa, xəfiflətməyə çalışdım…

Qeyd etdiyim kimi, Şəhidimizin qardaşı Həbib Xudiyev 8 ilin (2015-2023-cü illər) hərbçisi olub…

İkinci Vətən Müharibəsində də qardaşı Toğrulla eyni istiqamətlərdə döyüşüblər…

Həbib noyabrın 3-də, Toğul isə noyabrın 7-də Şuşada ağır yaralanıb…

Ancaq həkimlərin səylərinə baxmayaraq, Toğrulun həyatını xilas etmək mümkün olmayıb…

Noyabrın 17-də dünyasını dəyişib, Şəhadətə ucalıb…

Və elə həmin gün də Bahar qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Həbib müharibədən sonra “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Hazırda ailəli, iki övlad-bir oğlan və bir qız atasıdır…

Oğlan övladı da Şəhidinin, qardaşının-Toğrulun adını daşıyır…

Ruhu köməyi olsun!

Torpağı sanı yaşasın!

Eyni zamanda qeyd edim ki, Toğrul 1999-cu ilin 29 dekabr tarixində Beyləqan rayonunun Qəhrəmanlı kəndində, sadə və çox kasıb bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından və iki hərbçi qardaşdan biri olub…

2006-2017-ci illərdə orta məktəbdə oxuyub…

İdmana, futbola böyük həvəsi və marağı olub…

Məktəbi də yaxşı oxuyub…

Orta məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında (NMR) həqiqi hərbi xidmətdə olub…

Hərbi xidmətini başa vurandan sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Naxçıvan Xüsusi Təyinatlılarından idi…

Və qeyd etdiyim kimi, noyabrın 7-də Şuşada ağır yaralanıb, 10 gündən sonra isə Şəhadətə qovuşub…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” medallarına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…

21 yaşında Şəhadətə qovuşan Toğrul subay olub…

Lakin istəklisi, sevdiyi qız olub və həmin qız bu gün də Onun yolunu gözləyir…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var, belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək…”-İham Əliyev Avropa Şurasının Baş katibi ilə-GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB

Read Next

Putin Əliyevə-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir