Şəhid Sübhan Abdurəhmanlının valideynləri-NAFTALANLI ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİLƏR, FƏXRİ DİPLOMLAR TƏQDİM ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-16 noyabr 2024-cü il tarixində, axşam saatlarında Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından, iki qardaşdan biri, subay, Gizir Sübhan Abdurəhmanlının valideynləri-Yeni Baxış İctimai Nəzarət Təşkilatının Şəhid ailələri üzrə bölməsinin rəhbəri Mehriban Abdurəhmanova və Mahir Abdurəhmanov ilə birlikdə Naftalanlı Şəhid ailələrini ziyarət etdik…

Öncə evin-ailənin tək oğlu, iki bacının tək qardaşı, iki qız övladı Vətənə əmanət qalan İkinci Vətən Müharibəsi Şəhidi Bəhruz Firuz oğlu Quliyevin ocağında, ailəsində olduq…

Şəhidimizin ailəsinə Allahdan səbr arzuladıq…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Bir saatdan çox çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri-Möhtərəm QuliyevaFiruz Quliyev ilə söhbətləşdik…

Eyni zamanda, Şəhid anası Mehriban Abdurəhmanova Yeni Baxış İctimai Nəzarət Təşkilatının adından Bəhruz Quliyevin anası Möhtərəm Quliyevaya fəxri diplom təqim etdi…

Möhtərəm Quliyeva da öz növbəsində adıçəkilən təşkilata və Mehriban xanıma minnətdarlığını bildirdi…

Ziyarətin sonunda xatirə fotoları çəkdirildi

***

Bəhruz Quliyevin ailəsini ziyarətdən sonra Naftalanlı digər İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, bir qız övladı Vətənə əmanət qalan Fərid İlqar oğlu Adıgözəlovun ocağına, valideynlərinə baş çəkdik…

Qeyd edim ki, Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, tək bacının tək və subay qardaşı Bəxtiyar İlqar oğlu Aslanovun anası Tünzalə Zöhrabova da Fərid Adıgözəlovun ocağını, ailəsini ziyarətə qatılmışdı…

Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı hər iki Şəhidimizin-Fərid Adıgözəlovun valideynləri-Rahilə Adıgözəlovaya və İlqar Adıgözəlova, eləcə Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabovaya Böyük Yaradandan səbr və dözüm dilədik…

Hər iki Şəhidimizin ailəsinə, valideynlərinə “Şəhidlərimizin məqamları Uca, dərgahları mübarək olsun!”-dedik…

Həmçinin, Mehriban Abdurəhmanova tərəfindən təmsilçisi olduğu təşkilatın adından Rahilə AdıgözəlovaTünzalə Zöhrabovaya fəxri diplomlar təqdim olundu…

Hər ikisi Şəhid anası öz növbəsində Mehriban xanıma və Yeni Baxış İctimai Nəzarət Təşkilatına minnətdarlıqlarını ifadə etdilər…

Ziyarətin sonunda isə xatirə fotoları çəkdirildi…

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Beyləqanlı Şəhid ailələri quda oldu-ŞƏHİD BACISI İLƏ ŞƏHİD QARDAŞININ NİŞAN MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Asif Abışovun Əbədiyyətə uğurlanmasından dörd il ötür-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir