Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhidliyindən qabaq iki dəfə Səmədlə danışmışdım…Noyabrın 1-də danışanda dedi ki, ana, biz Şuşa tərəfə gedirik…Ola bilsin ki, bir neçə gün zəng edə, danışa bilməyim, narahat olma və ondan sonra Səmədlə 6 gün danışa bilmədim…Sonra-axırıncı dəfə noyabrın 7-də danışdım, Azan vaxtına yaxın olardı…Bir qədər soyuq danışdı, öz-özümə dedim ki, bəlkə soyuqlayıb…
Bu, balamla axırıncı danışığımız oldu…Və danışığımızdan cəmi saatlar sonra, 7-dən 8-nə keçən gecə balam Şuşada Şəhid oldu…Şəhidlik xəbərini isə 9-u günü səhər tezdən xəbər aldım…Heç cür inana bilmirdim, deyirdim ki, axı, balamla yenicə danışmışam, ola bilməz (Gözləri dolur, səsi titrəyir)…Və elə həmin gün-9 noyabrda da torpağa tapşırıldı…Atasının-yoldaşımın ili çıxmamış, ilinə beş gün qalmış balamı itirdim, Vətən yolunda Şəhid verdim…
Bu sözlər Biləsuvarlı, Əliabadlı İkinci Vətən Müharibəsi Şəhidi Səməd İkram oğlu Kərimlinin anası Bahar Kərimovaya məxsusdur…
Qeyd edim ki, bu gün-27 noyabr 2024-cü il tarixində, axşam saatlarında Şəhid Səməd Kərimlinin ailəsini, ocağını ziyarət etdim…
Onu da qeyd edim ki, bir müddət öncə Şəhidimizin Anım Günü mərasiminə dəvət edilsəm də, üzrlü səbəblərdən qatıla bilməmişdim…
Amma söz vermişdim ki, yaxın zamanlarda mütləq Şəhidimizin ocağını, ailəsini ziyarət edəcəyəm…
Və nəhayət, bu gün Şəhidimizin ailəsində, ocağında oldum…
Şəhidimizin anası Bahar xanım və hərbçi, İkinci Vətən Müharibəsi iştirakçısı Elvin Kərimli ilə görüşdüm…
Öncə onlara-Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin ruhu şad olsun!”-dedim…
Müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…
Bir ömür boyu Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu söylədim…
Təxminən saat yarım çəkən ziyarətim zamanı Şəhidimizin anası və qardaşı ilə söhbətləşdim, dərdləşdim…
Az da olsa, onlara təsəlli verməyə çalışdım…
Bu yerdə qeyd edim ki, Səməd Kərimli 2000-ci lin dekabr ayının 16-da Biləsuvarın Əliabad kəndində-polis ailəsində dünyaya gəlib…
Ailənin dörd övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…
Ali təhsilli iki bacısı və ali-hərbi təhsilli, İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı, Baş leytenant olan tək qardaşı hazırda ailəlidir…
Səməd 2007-2016-ci illərdə Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində 9 illik təhsil alıb…
Sonra, iki il yarım, 2016-2019-cu illərdə Biləsuvar Peşə Liseyində oxuyub…
2019-cu ilin yayında isə həqiqi hərbi xidmətə çağırılıb, Vətənin keşiyinə yollanıb…
Ağcabədi və Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib…
Əsgərlikdə olarkən-2019-cu ilin noyabr ayının 14-də Birinci Qarabağ Savaşının iştirakçısı, müharibə veteranı olmuş atasını-57 yaşlı polis mayoru İkram kişini itirib…
Və 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…
Uzun və şərəfli döyüş yolu keçib…
Və noyabrın 7-dən 8-nə keçən gecə Şuşa istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi isə 9 noyabr tarixində Əliabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 6 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları, o cümlədən “Hərbi xidmətdə fərqənməyə görə” 3-cü dərəcəli medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Hazırda Əliabadda adını daşıyan küçə var…
Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay idi…
O, həm də Əliabadın üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Digər iki Şəhiddən biri-Rahət Rafət oğlu İsayev Səmədin həmin sinif yoldaşı, həm də dostu olub…
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az