Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamil Nüsrət oğlu Qasımovun doğum günüdür.
Kamil Qasımovun bu gün-5 fevral 2025-ci il tarixində 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, MAXE Kamil Qasımov 1995-ci ilin fevral ayının 5-də Səfikürd kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin 4 oğlan övladından biri və evin sonbeşiyi olub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.
2013-2014-cü illərdə Əsgərlikdə olub.
Əsgərliyini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb və oktyabr ayının 10-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.
Nəşi 11 oktyabr tarixində Səfükürd qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Kamil Qasımov Səfikrüd-Tatarlının 8 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
25 yaşında Şəhidlik məqamına ucalan Kamil həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 30 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az