Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova

Mingəçevir şəhərindən Şəhid Tural və Musa Həsənov qardaşlarının anası Nəhayət Həsənova tərəfindən

Müraciət

Cənab nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Nəhayət Həsənova Mingəçevir şəhərindən olan Şəhid qardaşlar Musa və Tural Həsənovların anasıyam. İki oğlum, iki övladım var idi, ikisi də Vətən yolunda Şəhid oldular.

Müraciətimini səbəbinə gəlincə isə qeyd edim ki, mərhum həyat yoldaşım Tapdıq Həsənovun çox yaxın qohumlarından olan Ağdam rayon Çəmənli kənd sakini Elgiz Gülməmməd oğlu Şirinov bu ilin yanvar ayının 6-da avtoqəzaya uğrayıb. Həmin gün səhər radələrində idarə etdiyi mikroavtobus “Priyora” markalı avtomobilin sahibi tərəfindən vurulub. Nəticədə qohumumuz bədən xəsatəti alıb, qolu və qabırğa sümüyü sınıb, hələ də səhhəti düzəlməyib.

Ancaq çox təəssüflər olsun ki, üstündən bir ay keçməsinə baxmayaraq, baş vermiş qəzanın səbəbkarı ilə bağlı ciddi tədbir görülməyib, qanuni cəzasını almayıb. Əksinə, qarşı tərəf daha da irəliyə gedərək, baş vermiş qəzaya görə ən azı üzr istəmək əvəzinə qohumumuz Elgizə və atası Gülməmməd kişiyə zəng vuraraq, təhqir edir, onlara mənəvi təzyiqlər göstərir. Bu isə qəbuledilməz və yolverilməzdir, əslində növbəti cinayət əməlidir.

Ona görə Sizdən iki övladını Vətən yolunda Şəhid vermiş bir Ana kimi xahiş və rica edirəm ki, bu məsələni nəzarətinizə götürəsiniz və qəzaya səbəb olmuş şəxsin qanuni cəzasını alması üçün müvafiq addımlar atılmasına göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm!

İmza:

Tel:

Nəhayət Həsənova

05.02.2025

Read Previous

Mərkəzi Zabitlər Evində ailənin üç oğlan övladından biri, üç övladı Vətənə əmanət qalan Şəhid Nəcməddin Savalanovun 40 yaşının tamam olması ilə bağlı-TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bu kritik dönəmdə Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir”-AZƏRBAYCAN XİN-DƏN ERMƏNİSTAN XİN-Ə CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir