164 dəyişiklik – VERGİ MƏCƏLLƏSİ BU GÜN MÜZAKİRƏ OLUNACAQ

Milli Məclisin (MM)  bu gün keçiriləcək növbəti plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi  birinci oxunuşda müzakirə ediləcək

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verəcək.

Sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov dəyişikliklər barədə mövqeyini açıqlayacaq.

Qeyd edək ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir.

Yeniliklər əsasən  ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nazərətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaıdıması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

ziyadddddd-2

mikayilllll

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir.

Bu, əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləvğ edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

 

Etikxeber.az

Read Previous

“200 minə yaxın iş yerinin yaradılması məşğulluq probleminin həllinə yeni təkan olacaq” – PƏRVİN KƏRİMZADƏ

Read Next

Büdcə müzakirələri bu gün başa çatacaq – NÖVBƏTİ MÜZAKİRƏLƏR AYIN 26-DA OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir