Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəmkir rayonunun Antiterror Şəhidi Əhməd Azad oğlu Zamanlının doğum günüdür.
Əhməd Zamanlının bu gün-1 iyun 2025-ci il tarixində 21 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Cənnətdəki ikinci doğum günü, 21 yaşının tamam olması ilə bağlı bu gün-səhər saatlarında Şəhidin Könüllü kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib.
Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Tanınmış telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi məclisdə çıxışlar olunub.
Şəhidin valideynləri-anası Ceyhunə Zamanova və atası Azad Zamanov, Şəmkirli və Bərdəli Şəhid Anaları və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin keçdiyi 19 illik qısa, lakin şərəfli həyat və hərb yolundan, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.


Anası Ceyhunə Zamanovanın dediklərindən:
“Əhmədlə bağlı çox arzularımız var idi…Ömrü kimi arzuları da yarımçıq qaldı…Bizi gözləri yolda, yaşlı qoydu…Vətən uğrunda canını fəda etdi, qəhrəmancasına Şəhid oldu…”
Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra Şəhid adına ehsan süfrəsi açılıb.
Tədbirin sonuna yaxın Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı hazırlanmış tort kəsilib və xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə-ehsan süfrəsində ailə üzvləri, Şəmkirli və Bərdəli Şəhid ailələri, Şəmkirli Qazilər, müəllimlər və şagirdlər, din xadimləri, Şəmkir rayon Könüllü kənd yerli icra nümayəndəliyinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Əhməd Zamanlı 2004-cü ilin 1 iyun tarixində Şəmkir rayonunun Könüllü kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Bacısı hazırda ailəlidir.
O, 2010-2021-ci illərdə Könüllü kənd Z. Namazov adına tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2021-ci ildə Gəncə şəhərində yerləşən Peşə Liseyində oxuyub.
2022-ci ilin yayında Mingəçevir Turizm Kollecinə qəbul olunub.
Ancaq həmin vaxt-2022-ci ilin iyulunda həqiqi hərbi xidmətə, Əsgərliyə çağırıldığı üçün Kollecdə oxuya bilməyib.
Azərbaycan Ordusunun Əsgəri kimi 2023-cü ilin sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında iştirak edib və ayın 19-da Ağdamın Qalayçılar kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Axırıncı dəfə də elə həmin gün, antiterror əməliyyatından cəmi saat yarım öncə ailəsi, atası Azad kişi ilə danışıb.
Nəşi 20 sentyabr tarxində Könüllü kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin atası və qardaşı da müharibə iştirakçısı, müharibə veteranıdır.
Atası Azad Zamanov Birinci Qarabağ Savaşının, 2002-cü il təvəllüdlü qardaşı Murad Zamanlı isə İkinci Qarabağ Savaşının iştirsakçısı olub.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edən Murad “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik məqamına ucalan Əhməd həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 21 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:




***









***















***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az