Ticarət mərkəzindən 100 qram qızıl oğurlandı

Bakıda ticarət mərkəzindən qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb.

Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.

 Etikxeber.az

Read Previous

Britaniyada Van Qoq və Obama ilə “selfi” sərgisi- FOTO

Read Next

Sabaha olan hava proqnozu açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir