Bu gün Anım və doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-DOĞUM GÜNÜNDƏ ƏBƏDİYYƏTƏ UĞURLANAN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI SÜBHAN CƏBRAYILOV, “XUDAYAR TƏSNİFİ” İLƏ ADI DİLLƏR ƏZBƏRİNƏ ÇEVRİLƏN XUDAYAR YUSİFZADƏ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞULLARI, 34 YAŞI TAMAM OLAN BAKILI NİCAT ŞÜKÜRLÜ VƏ BƏRDƏLİ ŞAHMURAZ HÜMBƏTZADƏ… – FOTOLAR – YENİLƏNİB – (3)

 Bu gün Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım Günüdür.

23 oktyabr 2025-ci il tarixində Xudayar Müslüm oğlu Yusifzadə və Şahmuraz Əyyub oğlu Hümbətzadənin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından beş il keçir.

Anım günləri ilə bağlı bu gün-23 oktyabr 2025-ci il tarixində, səhər saatlarında Şəhidlərin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda hər iki Şəhidin Vətən naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından söz açılıb.

Hər iki Şəhidin ailələrinə-valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Məzarlarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında hər iki Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunub.

Eyni zamanda, Cəyirli kəndində-Şahmuraz Hümbətzadənin ailəsinin yaşadığı evdə, Xudayar Yusifzadənin isə Qazıqurdalı kəndindəki nənə-baba ocağında adlarına ehsan süfrələri açılıb, bir daha Şəhidlərin ruhlarına dualar olunub.

Həmçinin, xatirə fotoları çəkdirilib.

Şəhidlərin məzarlarını ziyarətdə və adlarına açılan ehsan süfrələrində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, müəllim və şagirdlər, din xadimləri, Dövlət Sərhəd Qoşunlarının (DSX) rəsmiləri və digər şəxlər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan, ailəsi hazırda Bərdənin Güloğlular kəndində yaşayan Xudayar Yusifzadə 1998-ci ilin iyul ayının 15-də, Şahmuraz Hümbətzadə isə 1998-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Cəyirli kəndində sadə bir ailədə dünyaya gəlib.

Xudayar Yusifzadə ailənin 4 övladından-3 qardaşdan biri, Şahmuraz Hümbətzadə isə 3 bacının tək qardaşı olub.

Xudayar Yusifzadə İkinci Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Kiçik giziri, Şahmuraz Hümbətzadə könüllü kimi iştirak edib.

Xudayar Hümbətzadə Zəngilan-Ağbənd, Şahmuraz Hümbətzadə Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Hər iki Şəhid 2020-ci ilin 23 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyət uğurlanıblar.

Şəhidliklərindən sonra Şahmuraz Hümbətzadə bir neçə medalla, Xudayar Yusifzadə isə “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif olunub.

Hər iki Şəhid subay olublar.

Xudayar Yusifzadə həm də ifası-“Xudayar təsnifi” ilə adı dillər əzbəri olub.

14:00

***

FOTOLAR:

14:50

***

15:30

***

Bu gün həm də Əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı, “Əfsanəvi tabor”un Şəhidi-Salyanlı Sübhan Rahim oğlu Cəbrayılovun Anım və doğum günləridir.

Sübhan Cəbrayılovun Əbədiyyətə uğurlanmasından beş il ötür.

Cənnətdəki beşinci doğum günü olan Sübhan Cəbrayılovun bu gün 42 yaşı tamam olur.

Sübhan Cəbrayılov Salyan rayonunun Marışlı kəndində, 23 oktyabr 1983-cü il tarixində dünyaya gəlib…

Ailənin dörd övladından, üç qardaşdan biri olub…

1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin birinci sinfinə gedib və 2000-ci ildə oradan məzun olub…

2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb…

Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində, 2002-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətə başlayıb…

2004-cü ildən də Xüsusi Təyinatlı Qüvvəllərin Xızı rayonu  ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmətə davam edib…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə yüksək şücaəti ilə fərqlənib…

Aprel döyüşlərində göstərdiyi şücaətə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Sübhana hədiyyə olaraq sol saatı bağışlayıb…

Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri olan Sübhan İkinci Vətən Müharibəsi zamanı isə Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan  Qubadlının azad olunmasında iştirak edib və oktyabrın 19-da Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 4 gün sonra, doğulduğu gün-23 oktyabrda, 37 yaşının tamamında Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən öncə 5 medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub…

Salyanda adını daşyan kücə var, eyni zamanda, Salyandakı Peşə liseyinə Sübhanın adı verilib…

Sübhan ailəli olub, Sevda adlı xanımla ailə həyatı qurub…

Atasının adını daşıyan Rahim adında oğlu və Fidan adında qızı Vətənə əmanət qalıb…

16:00

***

Bu gün eyni zamanda, Bakılı, Səbailli İkinci Vətən Müharibəsi Şəhidi Nicat İlqar oğlu Şükürlünün Cənnətdəki beşinci doğum günüdür.

Onun 34 yaşı tamam olur.

Əslən Kürdəmirli olan Nicat Şükürlü 1991-ci ilin 23 oktyabr tarixində Bakıda, Səbail rayonunun Bayıl qəsəbəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

O da subay idi

Nicat 1998-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən 49 nömrəli tam orta məktəbin birinci sinfinə gedib 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan bir müddət sonra, yəni,  2014-cü ildə Bakı Slavyan Universitetinin (BSU) Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb, İkinci Vətən Müharibəsinə qatılıb.

Füzuli, Xocavənd  Hadrut istiqamətində döyüşlərdə iştirak edib və oktyabrın 11-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi bir gün sonra, ayın 12-də Səbail rayonunun Badamdar qəsəbəsindəki qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn olunub.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları və ötən ilin noyabrında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxuduğu 49 saylı məktəbdə Şəhidimizin büstü ucaldılıb.

Ailəsinin Bayıl qəsəbəsində yaşadığı küçə Nicat Şükürlünün adı verilib.

Ruhları şad, məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rüstəm çox vətənpərvər, Vətənini ürəkdən sevən bir oğul idi…Tovuz döyüşlərindən, Polad Həşimovun Şəhidliyindən sonra yerində sakit dayana bilmirdi, düşmənə qarşı qisas hissi ilə alışıb-yanırdı…”-ABŞERONLU, GÜZDƏKLİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÜSTƏM TURABOVUN ATASI FƏRMAN TURABOV – FOTOLAR

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir