169 yeni yoluxma-SON SUTKADA ÖLÜM HALI QEYDƏ ALINMAYIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Etikxeber.az

Read Previous

Azərbaycanın 4 ölkədəki səfiri geri çağırıldı-YENİ SƏFİRLƏR TƏYİN OLUNDU – YENİLƏNİB – (1)

Read Next

20 yaşlı Şəhid Emil Əmirov və ya 1992-ci ildə tək qardaşını, 28 il sonra yeganə övladın itirən-ŞƏHİD BACISI, ŞƏHİD ANASI…BİR DAMIN ALTINDA BİR-BİRİNƏ TƏSƏLLİ OLAN ŞƏHİD ANALARI – MƏLEYKƏ VƏ XANIMNAZ ANA… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir