Dirçəliş Günündə dünyaya gələn və Bayraq Günündə Şəhid olan tək övlad Nicat Tarıverdiyev, tək və subay oğul Teymur Məcidzadə, iki qardaşdan biri Kənan Süleymanlı və Mayor, üç övladı Vətənə əmanət qalan Əlovsət Məmmədov-BU GÜN ŞƏHADƏT VƏ ANIM GÜNLƏRDİR – YENİLƏNİB – (6)

İkinci Vətən Müharibəsi Şəhidləri-Teymur Məcidzadə, Kənan Süleymanlı və Nicat Tarıverdiyevin Şəhidliklərinin-Şəhadətlərinin və Əbədiyyətə uğurlanmalarının beşinci ilə bağlı bu gün-9 noyabr 2025-ci il tarixində, səhər saatlarında Hərbi Memorial Məzarlıqdakı (İkinci Şəhidlər Xiyabanındakı) məzarları ziyarət olunub.

Hər üç Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Adları çəkilən İgidlikləri və Qəhrəmanlıqlarından bəs olunub.

Ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, Şəhidlərin məzarlarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım və Şəhadət günləri ilə bağlı Teymur Məcidzadə Kənan Süleymanlının Anım məclisləri düzənlənib, adlarına ehsan verilib.

Bir daha ruhlarına dualar olunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlərlə bağlı videoçarxlar nümayiş etdirilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Coşqun Cəbrayılov başda olmaqla, Nizami rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

***

Etikxeber.az xəbər verir ki, əslən Qərbi Azərbaycanlı, özü isə Bakılı olan Kənan Sadiq oğlu Süleymanlı 1991-ci ilin yanvar ayının 30-da dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin böyük və subay oğlu, ali təhsilli olub.

Leytenant hərbi rütbəsini daşıyıb.

2020-ci ilin 29 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılıb və noyabr ayının 9-da Xocavənd rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 12 gün sonra, 21 noyabr tarixində  Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Adını daşıyan küçə var.

***

Teymur Tehran oğlu Məcidzadə 1992-ci ilin oktyabr ayının 10-da Füzulinin Gecəgözlü kəndində anadan olub.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüblər.

Orta məktəbi bitirdikdən sonra, 2010-2014-cü illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb.

Leytenant hərbi rütbəsini daşıyan Teymur Məcidzadə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.

O, noyabr ayında qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi Hərbi Memorial Məzarlıqda dəfn olunub.

Şəhidliyindən sonra beş medal və bir ordenlə təltif edilib.

Teymur həm də subay və evin tək oğlu, tək bacının tək qardaşı olub.

***

Bu gün həm də Goranboylu İkinci Vətən Müharibəsi Əlövsət Əli oğlu Məmmədovun Anım Günüdür.

Əbədiyyətə uğurlanmasından beş il keçir.

 O, Goranboy rayonunun Muzdurlar kəndində, 1988-ci ilin 28 fevral tarixində dünyaya gəlib.

Ailənin üç övladından-iki qardaşdan biri idi.

O, ali təhsilli-peşəkar hərbçi olub.

Mayor hərbi rütbəsini daşıyıb.

Aprel döyüşlərinin də iştirakçısı olan Əlövsət Məmmədov İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 2020-ci ilin noyabr ayının 9-da doğulub boya-başa çatdlğı Muzdurlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən əvvəl, həm də Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

Əlövsət Məmmədov həm də ailəli olub, Rahinə adlı qızla evlənib.

Üç övladı Vətənə əmanət qalıb.

Goranboyda adını daşıyan küçə var.

***

Evin-ailənin tək övladı, anası Şükran Tarıverdiyeva tərəfindən təkbaşına böyüdülmüş Nicat Şöhrət oğlu Tarıverdiyev isə 1998-ci ilin noyabrın 17-də Bakı şəhərində dünyaya gəlib.

132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib.

Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.

İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Noyabrın 9-da, müharibənin başa çatmasına az qalmış qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi bir həftə sonra İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal  ordenlə təltif olunub.

Nicat da subay olub.

***

Anım Günü ilə bağlı Bakı şəhərinin Nəsimi rayonunda yerləşən (“Şamaxinka”da) Mərasim evində Anım məclisi düzənlənib.

Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ruhuna bir daha dualar olunub.

İlahiyyatçılar tərəfindən mərsiyələr, dini mahnılar oxunub.

Şəhidin doğmalarına-anası Şükran xanıma Allahdan bir daha səbr dilənib.

Sonra adına ehsan verilib.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

15:11

***

FOTOLAR:

***

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Dövlət Bayrağı Günü-QEYD EDİLİR

Read Next

9 noyabrda Anım və Şəhadət günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI SURXAY NOÇUYEV, MAYOR FƏRİD ƏLƏKBƏROV, KAPİTAN NƏCƏF ŞİKAROV, 11 İLİN HƏRBÇİSİ RAMİZ AĞAYEV, TƏK ÖVLAD RƏŞAD MİKAYILZADƏ, ALİ TƏHSİLLİ NAMİQ QULİYEV, İKİ QARDAŞDAN BİRİ ƏSƏD ƏSƏDLİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir