Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zöhrabla axırıncı dəfə səhv etmirəmsə, oktyabrın 5-də, Suqovuşan azad edildikdən bir gün sonra danışdışdıq…Xeyli söhbətləşdik…Əhval-ruhiyyəsi də yaxşı idi…”Hər şey yaxşıdır, yaxşı olacaq…”-dedi…
Bunu Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Zöhrab Allahverdiyevin ocağını ziyarət zamanı atası Sübhan Allahverdiyev dilə gətirdi…
Qeyd edim ki, bu gün-13 dekabr 2025-ci il tarixində Şamaxı və Xaçmazlı Antiterror Şəhidi Səbuhi Hüseynovun atası Məhbub Hüseynovla birlikdə Şəhid Zöhrab Allahverdiyevin Şamaxı şəhərində yaşayan ailəsini, valideynlərini, ocağını ziyarət etdik…
Onu da qeyd edim ki, dəfələrlə Şamaxı Şəhidlər Xiyabanındakı məzarını ziyarət etsəm də, ancaq ilk dəfə idi ki, Zöhrab Allahverdiyevin ocağında, ailəsində olurdum…
Öncə Şəhidimizin ailəsinə-anası Rüxsarə xanıma və atası Sübhan kişiyə Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimizi söylədik…
Təxminən 45 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri, xüsusilə, atası Sübhan kişi ilə dərdləşdik, söhbətləşdik…
Kövrəldik, duyğulandıq, təsirləndik…
Sübhan kişiyə, Şəhid Zöhrab ailəsinə az da olsa, təskinlik, təsəlli verməyə çalışdıq…
Şəhidin ailəsinə, ocağına baş çəkdikdən sonra isə Şamaxı Şəhidlər Xiyabanındakı məzarını ziyarət, ruhuna dualar etdik.
Bu yerdə qeyd edim ki, Zöhrab 2001-ci ilin sentyabr ayının 28-də Şamaxı şəhərində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Tək bacısı Aidə xanım hazırda ailəli və üç övlad anasıdır…
2007-2018-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Şərəfli döyüş yolu 14 gün çəkib…
Oktyabrın 10-da Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi xeyli müddət-1 ay 19 gündən sonra tapılıb və noyabrın 29-da ailəsinə təhvil verilib…
Elə həmin gün, noyabrın 29-da da Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindın sonra üç medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
19 yaşlı Zöhrab həm də subay olub…
Arzuları, xəyalları da ömrü kimi yarımçıq qalıb…
Məqamı Ali və Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





