“Sən hər zaman bizim üçün yaşayırsan və yaşayacaqsan…”-“QİSAS” ƏMƏLİYYATI İŞTİRAKÇISI, QAZİ, BƏRDƏLİ BƏHMƏN HÜSEYOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 24 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdəli-“Qisas” əməliyyatının iştirakçısı, Qazi, idmançı Bəhmən Bəxtiyar oğlu Hüseynovun doğum günüdür.

12 yanvar 2026-cı il tarixində Bəhmən Hüseynovun 24 yaşı tamamn olur və bu, həm də Onun Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, doğum günü ilə bağlı bu gün səhər saatlarında Bəhmən Hüseynovun uyuduğu Bərdə rayon qəbiristanlığında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

“Quran” oxunub.

Cənnətdəki ikinci doğum günü, 24 yaşı təbrik olunub.

Ailəsinə-anası Xuraman xanıma, atası Bəxtiyar Hüseynova və qardaşlarına Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Bərdə şəhərində, Sabir küçəsində, ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Bəhmən Hüseynov 2002-ci ilin yanvar ayının 12-də dünyaya gəlib.

Ailənin üç oğlan övladından, əkiz qardaşlardan biri olub.

Orta məktəbdə oxuyub, kollec təhsili alıb.

İdmanla məşğul, bir sıra yarışlarda çempion-qalib olub.

Azərbaycan Ordusunda xidmət edib, Vətənin keşiyində dayanıb.

2022-ci ilin sentyabrında keçirilən “Qisas” əməliyyatında iştirak edib, yaralanıb.

Əməliyyatda iştirakına görə Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub.

Əsgərlikdən sonra evinə, ailəsinə dönüb.

2024-cü ilin avqustunda isə Bərdə şəhərində qəddarlıqla qətlə yetirilib və Bərdə rayon qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

22 yaşlı Bəhmən həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

16:26

***

FOTOLAR:

16:41

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür…Bir çox ölkələr artıq bundan ciddi zərər görür…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Sabah Cənnətdəki altıncı doğum günü, 34 yaşı tamam olan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK OĞUL VƏ İKİ ÖVLAD ATASI NOFƏL ƏLİZADƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir