“Axırıncı dəfə oktyabrın 1-də danışdıq…Ondan sonra Elxana zəng çatmadı…Oktyabrın 4-də isə Şəhidlik xəbərini aldıq…”-26 FEVRAL 2026-CI İL TARİXİNDƏ 36 YAŞI TAMAM OLAN GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN “RƏŞADƏT” ORDENLİ ELXAN TAĞIYEVİN XANIMI AYBƏNİZ HACIYEVA – FOTOLAR – YENİLƏNİB

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elxan Fəxrəddin oğlu Tağıyevin doğum günüdür.

Elxan Tağıyevin bu gün-26 fevral 2026-cı il tarixində 36 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin uyuduğu Fəxralı kənd qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Lütviyyə xanıma, həyat yoldaşı Aybəniz xanıma və övladlarına Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə-ata ocağında adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Fəxralı kənd Bələdiyyəsinin və İcra nümayəndəliyinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elxan Tağıyev 1990-cı ilin 26 fevral tarixində Goranboy rayonunun Fəxralı kəndində-sadə bir ailədə dünyaya gəlib.

Doğum günü Xocalı soyqırımı gününə-26 fevrala təsadüf etdiyi heç zaman qeyd olunmayıb.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

Tək bacısı hazırda ailəli, tək qardaşı isə subaydır.

1997-2008-ci illərdə Fəxralı kənd tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra isə həqiqi hərbi xidmətə yollanıb, 2008-2010-cu illərdə Vətənin keşiyində dayanıb.

Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra yenidən evinə, ailəsinə dönüb.

Əsgərlikdən qayıtdıqdan az sonra-2010-cu ildə Aybəniz adlı qızla ailə həyatı qurub.

İki övladı-bir oğlu və bir qızı dünyaya gəlib.

2012-ci il təvəllüdlü oğlu İlkin 8-ci, 2015-ci il təvəllüdlü qızı Fidan isə 5-ci sinifdə oxuyur.

2016-cı ildə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiəsinə qalxıb.

Şərəfli döyüş yolu cəmi 5 gün çəksə də, döyüşlər zaman bır sıra Qəhrəmanlıqlara imza atıb.

Axırıncı dəfə ailəsi, həyat yoldaşı ilə oktyabrın 1-də əlaqə saxlayıb.

“Hər şey yaxşılıqdır və yaxşı olacaq, narahat olmayın…”-deyib.

Ondan sonra Elxanla əlaqə saxlamaq mümkün olmayıb, telefonuna zəng çatmayıb.

Elə həmin gün-oktyabrın 1-dəSuqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gün sonra-oktyabrın 4-də ailəsinə təhvil verilib və oktyabrın 5-də Fəxralı kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Fəxralıda adını daşıyan küçə var.

O, həm də Fəxralının dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

16:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Məclisdən Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara-MÜRACİƏT

Read Next

“Heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın…”-İlham Əliyev Xocalıda Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi-XOCALILARLA GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir