Sabah Cənnətdəki altıncı doğum günü, 26 yaşı tamam olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞÜKÜR HACIYEV… – FOTOLAR

Həm Laçınlı (Yevlaxlı), həm də Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şükür Aslan oğlu Hacıyevin doğum günüdür.

Sabah-8 mart 2026-cı il tarixində Şükür Hacıyevin 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Laçın rayonunun Budaqdərə kəndindən olan Şükür Hacıyev 2000-ci ilin 8 mart tarixində Yevlax şəhərində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2018-ci ilin yayında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci ilin 27 sentyabr tarixindən isə İkinci Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu uzun çəkib.

2020-ci ilin 5 noyabr tarixində Şuşa istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi 1 gün sonra-6 noyabr tarixində Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

20 yaşında Şəhadətə qovuşan Şükür Hacıyev həm də subay idi.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İran bu gün çox güclü zərbə alacaq”-TRAMP

Read Next

Hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir