Cənnətdəki altıncı doğum günü, 29 yaşı tamam olan-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, SUBAY ELMƏDDDİN ƏLİZADƏ… – FOTOLAR

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Sübhi oğlu Əlizadənin doğum günüdür.

Elməddin Əlizadənin bu gün-11 mart 2026-cı il tarixində 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Elməddin Əlizadə 1997-ci ilin mart ayının 11-də Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya gəlib.

Ailənin dörd övladından, iki qardaşdan biri olub.

Subay idi.

2003-2014-cü illərdə Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamanladıqdan sonra Əsgərliyə yollanıb, 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb, işləyib, çalışıb.

İkinci Vətən Müharibəsinə isə könüllü qatılıb.

Füzuli, Xocavənd  Şuşa istiqamətlərində döyüşüb.

Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi noyabrın 9-da Zəhmətabad kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Zəhmətabadda adını daşıyan küçə var.

Məkanə cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir-XİN-DƏN AÇIQLAMA

Read Next

Putin Əliyevə-MİNNƏTDARLIQ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir