Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samux rayonunun Antiterror Şəhidlərindən olan Fizuli Bəhruz oğlu Məmmədovun doğum günüdür.
Fizuli Məmmədovun bu gün-5 aprel 2026-ci il tarixində 37 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə-valideynlərinə, ömür-gün yoldaşı (həm də xalası qızı) Günel xanıma və iki əkiz qız övladına Allahdan səbr və dözüm arzu edilib.
Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra isə Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailəsinin-xanımının və övladlarının yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, qısa çıxışlar edilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, Samuxlu, Bərdəli, Naftalanlı, Gəncəli, Beyləqanlı, Yevlaxlı, Hacıqabullu və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Fizuli Məmmədov 1989-cu ilin 5 aprel tarixində Samux rayonunun Qovlarsarı kəndində dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan biri olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, ali təhsilə yiyələnib.
Ali təhsilini bitirdikdən sonra Əsgərliyə yollanıb.
Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra-2016-cı ildən isə həyatını hərb, Ordu ilə bağlayıb.
Leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub.
2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatı zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb, ancaq qısa müalicə və müayinədən sonra yenidən Orduda fəaliyyətini davam etdirib.




2023-cü ilin sentyabr ayının 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən 23 saatlıq lokal xarakterli Antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksələn Fizuli Məmmədovun nəşi iki gün sonra-22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İkinci Vətən Müharibəsindən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, eyni zamanda, Qovlarsarının son altın ildəki ikinci Şəhididir.
Fizuli həm də ailəli olub, Günel adlı xanımla ailə həyatı qurub.
İki qızı-orta məktəb şagirdləri olan Fatimə və Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
***



Bu gün həm də Bərdə rayonunun Aprel döyüşləri Şəhidlərindən olan Ziya Niyazi oğlu Həsənovun Anım Günüdür.
Ziya Həsənovun Əbədiyyətə uğurlanmasından 10 il keçir.
Qeyd edək ki, Ziya Həsənov 1989-cu ilin 11 oktyabr tarixində dünyaya gəlib.
Əslən Ağdamlı olan Ziya Həsənov ailəsi ilə birlikdə Bərdənin Lək kəndində yaşayıblar.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
2012-ci ildə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təlimlərdə fərqlənib, cəbhə xəttində tağım komandiri, Leytenant kimi fəaliyyət göstərib, 2015-ci ildən isə Baş leytenant hərbi rütbəsini daşıyıb.
Sonra ailə vəziyyəti ilə əlaqədar Beyləqandakı “N” saylı hərbi hissəyə tağım komandiri təyin edilib.
2016-cı ildə Aprel döyüşlərində iştirak edib və Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri ailəsinə aprelin 4-də xəbər verilib və nəşi ayın 5-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Ziya da ailəli olub.
Şəhidliyindən sonra bir qız övladı-Yağmuru dünyaya gəlib.
O, həm də Bərdənin iki Aprel döyüşləri Şəhidlərindən biridir.
***
Anım Günü ilə bağlı səhər saatlarında Şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, qısa çıxışlar edilib, İgidliyi və Qəhrəmanlığından söz açılıb, ailəsinə, valideynlərinə-anası Tərlan xanıma və atası Niyazi Həsənova Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Ruhu şad olsun!
Nur içində yatsın!
13:58
***
FOTOLAR:






16:58
***







17:48
***











19:30
***











21:21
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





