“Aprel döyüşlərindən 2 gün qabaq əlində əklil tutubmuş…”-APREL DÖYÜŞLƏRİ ŞƏHİDİ, AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU MÜŞFİQ ORUCOVUN VALİDEYNLƏRİ – FOTOLAR

2016-cı ilin Aprel döyüşləri Şəhidlərindən olan Müşfiq Arif oğlu Orucovun Əbədiyyətə uğurlanmasından 10 il keçir.

5 aprel 2026-cı il tarixində Şəhidin Anım Günüdür.

Əslən Zəngilanlı olan Müşfiq 1994-cü ilin senyabrın 18-də Bakı şəhərində dünyaya gəlib.

Ailəsi məcburi köçkün olan Müşfiq evin iki övladından biri, tək bacının tək qardaşı və tək oğul idi.

2000-2011-ci illərdə 7 saylı Zəngilan orta məktəbini oxuyub.

Orta məktəbi bitirdikdən sonra-2011-ci ildə yüksək balla Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub.

Oxuya-oxuya, təhsil ala-ala həm də işləyib.

Ali məktəbi bitirən kimi-2015-ci ilinin yayında, iyul ayının 8-də isə həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.

Naftalana şəhərində yerləşən “N” saylı hərbi hissəsə qulluq edib.

9 ayın Əsgəri kimi dördüngülük Aprel döyüşlərində iştirak edib.

Aprelin 3-də Tərtərin Talış kəndi istiqamətində döyüşlər zamanı qəhrəmancasına Şəhid olub.

Şəhidlik xəbəri ailəsinə ayın 4-də bildirilib.

Aprelin 5-də isə nəşi Bakı şəhərindəki Dədə Qorqud qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

22 yaşında Şəhadətə qovuşan Müşfiq həm də subay olub.

***

Bu yerdə qeyd edim ki, dünən-3 aprel 2026-cı il tarixində Dədə Qorqud Şəhidlər Xiyabanını ziyarət edərkən Şəhidimizin valideynləri-anası Aygün xanım və atası Arif kişi ilə tanış oldum.

Şəhidimizin məzarını ziyarət etdim, valideynlərinə Allahdan səbr və dözüm arzuladım.

“Şəhidimizin ruhu şad olsun!”-dedim.

Ayaqüstü olsa da, söhbətləşdim…

“Müşfiq bizim iki övladımızdan biri, tək oğlumuz idi…Ali məktəbi bitirdikdən sonra Naftalanda qulluq edirdi…Əsgərliyini başa vurmasına da az qalmışdı…Aprel döyüşlərindən 2 öncə Naftalanda 31 mart soyqırımı qurbanlarının xatirəsini Anma mərasimi keçirilirmiş…Müşfiq də Əsgər yoldaşlarından biri ilə ziyarət zamanı əlində əklil tutubmuş…İki gün sonra isə Aprel döyüşləri başladı, ayın 3-də də Şəhid oldu…Şəhidlik xəbəri bizə ayın 4-də bildirildi, 5-də isə dəfn etdik…Bizim üçün çox çətindir…Tək oğlumuz Vətən yolunda özünü fəda etdi…”-deyə, Şəhidimizin valideynləri bildirdi.

Məkanı cənnətlik, məqamı Ali və Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Həm tək oğlumu, həm də kürəkənimi itirdim…İkisi də Vətən yolunda Şəhid oldu…”-SABAH-5 APREL 2026-CI İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM OLAN GÖRANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FUAD MƏHƏRRƏMOVUN ATASI İMAMƏDDİN MƏHƏRRƏMOV – FOTOLAR

Read Next

Bərdəli Aprel döyüşləri Şəhidi Ziya Həsənovun Anım Günündə, Samuxlu Antiterror Şəhidi Fizuli Məmmədovun isə 37 yaşının tamamında-MƏZARLARI ZİYARƏT OLUNDU, HƏR İKİ ŞƏHİDƏ MƏCLİS DÜZƏNLƏNDİ… – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir